Əmanətlərin tam sığortalanması imkanı başa çatır - MƏBLƏĞ MƏHDUDİYYƏTİ OLACAQ
“Əmanətlərin tam sığortalanması haqqında” Qanunun müddəti 2020-ci ilin Mart ayının əvvəlində başa çatacaq.
Marja-nın maliyyə bazarından əldə etdiyi məlumata görə, Qanunun daha 1 il uzadılmayacaq. İlkin mərhələdə milli valyutada 100 min manatadək, xarici valyutada 100 min dollaradək qəbul edilmiş əmanətlərin sığortalanmasına keçid müzakirə edilir.
Qeyd edək ki, 4 il əvvəl “Əmanətlərin tam sığortalanması haqqında” Qanunu qəbul edilənədək 30 min manatadək əmanətlər sığortalı hesab olunurdu.
Əgər 100 min manat və ya dollar təklifi qəbul edilsə, qəbul edilən əmanətlər üzrə məbləğ tələbi 3 dəfədən çox artacaqdır.
1 iyul 2019-cu il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 10%, xarici valyutada isə 2,5% müəyyən edilib. 4 ildir əmanətlər üzrə məbləğ məhdudiyyəti yoxdur.
Mərkəzi Bankın sədri Elman Rüstəmov hesab edir ki, əmanətlərin 100% sığortalanmasından mərhələli çıxmaq məqsədəuyğun olardı:
“Mərkəzi Bank paralel olaraq yeni sığorta modeli haqqında düşünür. Düşünürük ki, tam sığortalanmadan çıxış mərhələlər ilə, yumuşaq olmalıdır. Tam sığortalnamadan əvvəl maksimum məbləğ 30 min manat idi. Biz düşünürük ki, 30 min manat da kifayət etməyə bilər. Mərkəzi Bankın mövqeyi belədir ki, biz bütün problemləri həll etməliyik, bunun üçün çox qısa vaxt lazımdır, bundan sonra tam sığortalanmadan mərhələlər ilə çıxmalıyıq. Əhali tam əmin olmalıdırlar ki, banklardakı əmanətləri üçün qorxu yoxdur. Biz bu məqsədlə qanun layihəsini hazırlayacağıq. Bildiyimiz kimi Azərbaycanın yeni parlamenti işləməyə başlayacaq. Yeni parlamentin ilk toplantılarında biz bu prosesləri başa çatdıracağıq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)













.jpg)

