Rusiyadan 75 milyon dollarlıq benzin idxal olunub
Azərbaycan 2019-cu ildə 114 min 314 ton AI-92 markalı avtomobil benzini idxal edib.
Bu barədə hökumətdən məlumat verilib.
“2019-cu ildə Azərbaycana 77 milyon 24 min dollar dəyərində Aİ-92 markalı avtomobil benzini yalnız idxal edilib”, - hökumətdən bildiriblər.
Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycana 77 milyon 249 min dollar dəyərində 72 min 596 ton Aİ-92 markalı avtomobil benzini idxal edilib. Beləliklə, 2019-cu ildə ölkəyə benzin idxalı miqdar ifadəsində 57,5%, dəyər ifadəsində 31,1% artıb.
Həmçinin, 2019-cu ildə 2 milyon 620 min dollar dəyərində 4 min 171 ton benzin Türkmənistandan, 74 milyon 629 min dollar dəyərində 110 min 143 tоn benzin Rusiyadan idxal olunub.
2018-ci ildə Aİ-92 markalı benzin Rusiya və Böyük Britaniyadan idxal edilmişdi. 2019-cu ildə Azərbaycan RF-dən benzin idxalını miqdar ifadəsində 2,8 dəfə, dəyər ifadəsində 2,3 dəfə artırıb.
2019-cu ilin ikinci yarısında respublikaya Aİ-92 markalı avtomobil benzininin idxalı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun bir ay müddətinə planlı təmirə dayandırılması ilə əlaqədar SOCAR-ın ehtiyatların yaradılması planları ilə şərtlənib. Zavodun təmirə dayandırıldığı 2019-cu il oktyabrın 4-dən noyabrın 4-dək burada Aİ-92 markalı benzin istehsal edilməyib.
Bunun üçün Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal edilən AI-95 və AI-92 markalı avtomobil benzini 2019-cu il sentyabrın 1-dən 90 gün müddətində gömrük rüsumundan azad edilib. Qeyd olunan benzin növləri üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib.
Bundan başqa, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və 92-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcəsi 1 ton üçün 200 manatdan 1 manata endirilib.
2018-ci ildə AI-92 markalı avtomobil benzini yalnız dördüncü rübdə idxal olunub. Bu dövrdə idxal BNEZ-də modernləşdirilmə və bərpa layihəsi çərçivəsində təmir işləri ilə əlaqədar olub.
BNEZ-də yalnız Aİ-92 markalı benzin istehsal edilir.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























