Technol “Partners & Business” sərgisində uğurla iştirak etdi
(®) 20-22 Fevral tarixlərində Bakı İdman Sarayında keçirilən “Partners & Business - Baku 2020” sərgisində Technol uğurla iştirak edib.
Azərbaycanın iş dünyasını təmsil edən müəssisə və təşkilatların qatıldığı tədbirdə şirkət müxtəlif kateqoriyalar üzrə istehsal etdiyi 60 çeşiddə məhsulunu nümayiş etdirib.
Sərginin ilk günündən Technol şirkətinin hazırladığı stendə maraq böyük olub. Şirkətin nümayəndələri sərgi ziyartəçilərinə Technol markası, zavodun istehsal gücü, tərəfdaş olduğu xammal təchizatçıları, istehsal etdiyi məhsullar, istehsalda tətbiq olunan texnologiya və beynəlxalq standartlar, eləcə də laboratoriya imkanları haqqında ətraflı informasiya veriblər. Ziyarətçilər şirkətin istehsal etdiyi müxtəlif çeşidli məhsulları ilə tanış olub, onların tərkib və özəllikləri bardədə geniş məlumatlandırılıblar. Gördüklərindən və əldə etdikləri bilgilərdən məmnun qalan ziyarətçilər beynəlxalq standartlara cavab verən Technol yağlarının münasib qiymətə müştərilərə təklif edilməsini müsbət qarşılayıblar.
Ümumilikdə 3 gün davam edən sərgi çərçivəsində Technol şirkətinin stendini 250-ə yaxın insan ziyarət edib. Şirkət nümayəndələri 40-dan çox ikitərəfli işgüzar görüş keçirib, yeni tərəfdaşlıqların qurulması, ixrac imkanlarının dəyərləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
10.000-dən çox insanın ziyarət etdiyi sərgidə 150-yə yaxın yerli şirkətin təklif etdiyi məhsul və xidmətləri nümayiş olunub.
Gündəlik 140, illik 50 min ton istehsal gücünə malik Technol şirkətində istehsal prosesinin təşkili məqsədilə Alman istehsalı olan avadanlıqlar quraşdırılıb, istehsal prosesinin tam avtomatlaşdırılması həyata keçirilib. ABŞ, Böyük Britaniya, Almaniya və Yaponiyanın tanınmış firmalarının müasir cihazları ilə təchiz edilən şirkət, yağların geniş səpkidə dəqiq analizi üçün beynəlxalq akkreditasiyadan keçmiş (ISO 17025:2017) müasir laboratoriyaya malikdir.
Technol şirkətində bütün mühərrik və sənaye yağları Infineum, Chevron, Afton kimi nüfuzlu təchizatçıların yüksək keyfiyyətli qatqılarından istifadə edilməklə Amerika Neft İnstitutunun (API), Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) standartlarına müvafiq qaydada isehsal edilir, Amerika Test və Materiallar Cəmiyyətinin (ASTM) tələbləri əsasında sınaqdan keçirilir. İstehsal edilən bütün məhsulların müştəri tələbatına və qanunvericiliyin tələblərinə cavab verməsi üçün şirkətdə "ISO 9001: 2015" standartı tətbiq olunub.
Dünya üzrə tanınmış markaların göstəricilərinə cavab verən yağları istehsal edərək əlverişli qiymətə hər kəs üçün əlçatan etmək Technol şirkətinin başlıca fəaliyyət məqsədidir. Qısa müddət ərzində müştərilərin etimad və rəğbətini qazanan Technol şirkətinin istehsal etdiyi keyfiyyətli məhsullar bu gün daxili bazarın tələbatını ödəməklə yanaşı xarici bazarların tələbatını qarşılamaq üçün 10-a yaxın ölkəyə ixrac olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 17 saat sonra
-
-
4 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
6 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti






.jpg)
.jpg)








.jpg)






