Azərbaycan xaricdən kartof alışını kəskin artırıb
2019-cu ildə Azərbaycan kartof ixracını 7,2% azaldıb, idxalını isə 26,7% artırıb. Bu barədə hökumətdən məlumat verilib.
2019-cu ildə Azərbaycan 26 milyon 852 min dollar dəyərində (azalma 9,4%) 61 min 785 ton (azalma 7,2%) kartof ixrac edib.
İxracın əsas həcmi Rusiyanın payına düşüb. Ötən il bu ölkəyə 25,1 milyon dollar dəyərində (azalma 13,1%) 55 min 843 ton kartof (azalma 13,3%) ixrac edilib. Hesabat dövründə Azərbaycandan kartof ixracının 90,4%-i RF-nin payına düşüb.
2019-cu ildə Azərbaycana 51 milyon 815 min dollar dəyərində (artım 34%) 193 min 16 ton kartof (artım 26,7%) idxal edilib.
Azərbaycana kartofun əsas tədarükçüləri Rusiya, İran və Pakistan olub. Rusiya 124 min 443 ton (33 milyon 660 min dollar), İran 54 min 197 ton (13 milyon 217 min dollar), Pakistan isə 8 min 352 ton (2,5 milyon dollar) kartof tədarük edib.
2018-ci ildə Azərbaycan 29 milyon 627 min dollar dəyərində 66 min 563 ton kartof ixrac etmişdi.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























