Turistlər üçün koronavirus təhlükəsi olan ölkələr açıqlanıb - TOP-7
"Express" nəşri koronavirus epidemiyasının tüğyan etdiyi bir dövrdə turistlər üçün ən təhlükəli olan ölkələrin siyahısını dərc edib.
Koronavirusa yoluxma riskinin ən yüksək olduğu ölkələr sırasında ilk yeri Çin tutur. Məlum olduğu kimi, sözügedən virusa ilk yoluxma faktı məhz bu ölkədə – Uhan şəhərində qeydə alınıb.
Çindən sonra siyahıda Sinqapur qərarlaşıb. Belə ki, bu ölkədə koronavirusa 90 nəfər yoluxub. Onlardan 53-ün sağalmasına baxmayaraq, ekspertlər turistlərə Sinqapura getməməyi tövsiyə edir. Eyni zamanda, Küveyt virusun yayılmasının qarşısını almaq məqsədilə Sinqapur və Yaponiya ilə hava əlaqəsini dayandırıb.
Siyahıda yer almış növbəti ölkə məhz Yaponiyadır. Virusa yoluxanların əksəriyyəti Tokio şəhərindədir. Fevralın 24-də bu ölkədə virusa yoluxanların sayı 850 nəfərə çatıb.
Mütəxəssislər həmçinin Tailanda da səfər etməməyi məsləhət görür. Bu ölkədə 37 virusa yoluxma faktı qeydə alınıb ki, onlardan 22-si artıq müalicə olunub.
Cənubi Koreya da siyahıda yer almış ölkələrdəndir. Burada koronavirusa 1 146 nəfər yoluxub, onlardan 22-si sağalıb, 7-si isə ölüb. Ölənlər arasında hərbçilər də var. Bu səbəbdən ölkə hökuməti onları karantinə götürüb.
Malayziya hökuməti ölkə ərazisində koronavirusun yayılmasının qarşısını almaq üçün əllərindən gələni edir. Ölkəyə daxil olan turistlərin yoxlanılması gücləndirilib. Bu ölkədə 21 nəfər virusa yoluxub.
Siyahıda İtaliya da yer alıb. Bu ölkə sözügedən virusun Avropada episentrinə çevrilib. İtaliyada artıq 11 nəfər koronavirusdan vəfat edib. Qeyd olunur ki, bir çox avropalı turist məhz İtaliyanı ziyarət etdiyindən sonra bu virusa yoluxub.
Qeyd edək ki, təhlükəli ölkələr sırasında həmçinin Polşa və Türkiyə də yer alıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 d. əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
-
5 d. əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
11 d. əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
56 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
1 saat əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Ən çox oxunanlar
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb
Baku Electronics-də yaz fürsətləri davam edir!
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər






.jpg)
.jpg)







.jpg)











