"Bazara ucuz məhsullar daxil olur, yerli balın satışna problemlər yaradır"
Azərbaycan balının ucuzlaşacağı gözlənilir
Yaxın illərdə daxili bazarda istehsal edilən balın qiymətində azalma müşahidə olunacaq.
Bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.
Onun sözlərinə görə, bu tendensiya daxili bazarda istehsal həcminin artımı və yerli məhsulun rəqabət qabiliyyətinin təmin edilməsi fonunda gözlənilir: "2019-cu ildə ölkədə bal istehsalının həcmi 6 min tona yaxın təşkil edib. Cari ildə bu rəqəm təxminən 7 min tona hədəflənib. Ölkənin daxili tələbatı 5 min tona yaxındır. Ötən il müəyyən həcmdə bal Birləşmiş Ərəb Əmirlikləri və Yaponiyaya ixrac edilsə də, istehsalçıların əllərində məhsul hələ də qalıb. Buna səbəb bazarda ucuz məhsulların daxil olmasıdır, hansı ki, yerli arıçıların satışlarına problemlər yaradır".
Assosiasiya sədrinin fikrincə, qiyməti bazar tənzimləyir və əgər bu tendensiya yaxın illərdə davam edərsə, balın qiyməti enəcək.
"Yəni əgər hazırda balın 1 kiloqramının orta qiyməti 20-25 manat təşkil edirsə, bu məbləğ 15-20 manata enə bilər", - deyə B. Həsrətov qeyd edib.
Bazarlarda və ticarət şəbəkələrində ucuz, kilosu 3-4 manata satılan balların həddindən artıq çoxaldığını deyən Assosiasiya sədri bildirib ki, bu məsələyə aydınlıq gətirmək üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət olunub: "Biz inanmırıq ki, istənilən ölkədə balın maya dəyəri bu dərəcədə ucuz olsun. Əlbəttə, bazarlara nəzarət gücləndirilməlidir. Çünki belə davam edərsə, bu, arıçılığın gələcəyinə böyük zərbə vura bilər. Həddindən artıq ucuz bal yerli arıçıların məhsullarının satılmasına maneələr törədir və bu da sözügedən sektoru inkişafdan saxlaya bilər".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)



