Azercell Milli Olimpiya Komitəsi ilə əməkdaşlıq Memorandumu imzaladı
® Fevral ayının 28-i Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və “Azercell Telecom” MMC arasında əməkdaşlıq haqqında Memorandum imzalandı.
Ölkədə olimpiya layihəsi, birbaşa idman, sağlam həyat tərzi dəyərlərinin təbliğinə və inkişafına daima dəstək olan Azercell 2 il ərzində, 2021-ci ilin sonunadək, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin və Milli Olimpiya Komandasının məğrur tərəfdaşı kimi çıxış edəcək.
Memorandumlar Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev, “Toyota Qafqaz” MMC-nin direktoru Rəşad Saracov və “Blue Planet Distribution” MMC-nin direktoru Səbinə Qazı-zadə tərəfindən imzalanıb.
İmzalama mərasimində çıxış edən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan idmançılarının XXXII Yay Olimpiya Oyunlarına və XVI Yay Paralimpiya Oyunlarına hazırlığının və Oyunlarda iştirakının təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamın mötəbər idman tədbirinə hazırlığa verilən əhəmiyyətin və dəstəyin göstəricisi kimi qiymətləndirib. Dövlət və hökumət nümayəndələrinin, respublikanın idman ictimaiyyətinin tanınmış simalarının, tərəfdaşların, eləcə də media nümayəndələrinin iştirak etdiyi tədbirdə “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev öz növbəsində imzalanan tərəfdaşlıq memorandumunun mühümlüyünü vurğulayıb və Azərbaycanda Olimpiya hərəkatının inkişafında şirkətin iştirakının əhəmiyyətindən danışıb. “Biz, tərəfdaş olaraq, idman, sağlam həyat tərzinin təbliğində, o cümlədən maarifləndirmə sahəsində böyük olimpiya ailəsinin üzvləri ilə bütün imkanlarımızı bölüşməyə hazırıq. Ümid edirik ki, belə bir addım nəinki Oyunlara tamaşa edən auditoriyanın genişlənməsinə, həm də minlərlə gəncin idmanla məşğul olmasına səbəb olacaq. Ölkəmizi təmsil edəcək bütün idmançılarımıza bu məsuliyyətli yolda güclü olmağı, bayrağımızı daima ucaltmağı arzulayıram.”
Olimpiya Oyunları dünyanın bütün dövlətlərinin diqqət mərkəzində olan ən mühüm və möhtəşəm idman tədbiridir. XXXII Tokio Yay Olimpiya Oyunları 24 iyul-9 avqust 2020-ci il tarixində keçiriləcəkdir.
Xatırladaq ki, hər zaman sosial layihələrin təşəbbüskarı kimi tanınan “Azercell Telekom” MMC 2014-cü ildən etibarən Uşaq Paralimpiya Komitəsinin fəaliyyətini dəstəkləyir. Bununla da şirkət sağlamlıq imkanları məhdud uşaqların və yeniyetmələrin cəmiyyətə inteqrasiyasına öz töhfəsini verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



















.jpg)





