“Sovetski”dən köçürülənlərə əlavə 32 milyon manat ödənilib
“Sovetski”də 1964 obyekt dövlət ehtiyacları üçün satın alınıb, ərazidən köçürülmüş sakinlərə əlavə maddi yardım göstərilib.
“Sovetski” adlanan ərazidə əvvəlki mərhələdə sökülərək boşaldılmış ərazidə abadlıq işləri başa çatdırılıb.
Bunu Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Yasamal rayonunda 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclasında deyib.
E. Həsənov bildirib ki, Nazirlər Kabinetinin 51 nömrəli 16 fevral 2018-ci il və 572 nömrəli 29 dekabr 2018-ci il tarixli Qərarları ilə Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektinin Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması müəyyən edilib:
“Qeyd olunan qərarların icrası ilə əlaqədar yaşayış və qeyri-yaşayış obyektlərinin satın alınmasına 2018-ci ilin may ayından indiyədək 2002 ailənin yaşadığı 1964 obyektin dövlət ehtiyacları üçün satınalınması təmin edilib".
E. Həsənov bildirib ki, Prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, 2018-2019-cu illərdə “Sovetski” adlanan ərazidən köçürülmüş sakinlərə mərhələli şəkildə Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş hesablanma qaydasına uyğun olaraq Yasamal rayon İcra Hakimiyyəti tərəfindən 2002 ünvan üzrə 1969 daşınmaz əmlak sahibinə 32 milyon 87 min 842 manat məbləğində əlavə maddi yardım ödənilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
2 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























