YAP-ın gəlirləri artıb
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında YAP-ın 2019-cu ilə dair gəlirləri və xərcləri barədə hesabat dinlənilib.
Qeyd edilib ki, 2019-cu ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 10 milyon 668 min 284 manat olub (2018-ci ildə YAP-ın gəlirləri 9 milyon 413 min 1 manat olub). Bunun 9 milyon 309 min 25 manatını üzvlük haqları, 1 milyon 359 min 259 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil edib.
Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə vəsaitinin 5 milyon 307 min 213 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 884 min 663 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına, 91 min 515 manatı ezamiyyə xərclərinə, 163 min 376 manatı nəqliyyat vasitələrinin alınmasına, 281 min 53 manatı mebel və ofis avadanlıqlarının alınmasına, 214 min 214 manatı təmir işlərinə, 481 min 232 manatı kommunal və təsərrüfat xərclərinə, 300 min 908 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 75 min 862 manatı bank xidmətinə, 57 min 607 manatı dəftərxana xərclərinə, 49 min 790 manatı çap işlərinə, 234 min 171 manatı kredit ödənişinə, 270 min194 manatı isə sair xərclərə sərf edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 31 d. əvvəl
-
-
1 saat əvvəl
ABB-nin dəstəyi ilə süni intellekt mövzusunda elmi konfrans keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Kreml yanacaq idxal edəcəyi ölkələrin adını gizli saxlayacaq
-
2 saat əvvəl
Alüminiumun qiymətində 2008-ci ildən bəri ən kəskin aylıq ucuzlaşma
-
2 saat əvvəl
"Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir"
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Rusiya yanacaq idxalına başlaya bilər
Kreml yanacaq idxal edəcəyi ölkələrin adını gizli saxlayacaq
Alüminiumun qiymətində 2008-ci ildən bəri ən kəskin aylıq ucuzlaşma
Ən çox oxunanlar
100 manatlıq 1 istiqraz üzrə investor illik 16 manat faiz gəliri əldə edəcək - 2 milyon manatlıq yeni istiqraz
İyulun 1-də gözlənilən hava şəraiti
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb


























