Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatı üzrə proqnozlarını açıqladı
2016-cı ildəki kimi, məzənnənin tənzimlənməsi zəruriliyi, inflyasiyada isə sıçrayış meydana çıxa bilər.
"İqtisadi şaxələndirmə imkanlarının tam qərarlaşmadığı bir vəziyyətdə Azərbaycanın inkişaf perspektivlərinin yaxın dövrdə neft qiymətlərinə bağlılığı davam edəcəkdir".
Bu barədə Asiya İnkişaf Bankının yaydığı məlumatda deyilir.
Məlumatda qeyd edilib ki, COVID-19 yeni növ koronavirus pandemiyası fonunda neft qiymətlərinin aşağı düşməsi 2020-ci ildə Azərbaycanda iqtisadi artım tempinin 0.5 faizədək enməsinə səbəb olacaq. Qiymətlərin bərpası ilə neft-qaz hasilatının yükəsilişi hesabına 2021-ci ildə iqtisadi artımın 1.5 faizədək artacağı proqnozlaşdırılır.
2020-ci ildə 0.5 faiz, 2021-ci ildə isə 2 faiz səviyyəsində sənayedə artımın karbohidrogen sənayesinin göstəricilərinin güclənməsindən, xüsusilə də təbii qazın Türkiyədən İtaliyaya nəqli üçün Trans-Adriatik Boru Kəmərinin 2020-ci ildə tamamlanması ilə Şah Dəniz II qaz yatağının hasilat həcminin artımından qaynaqlanacağı proqnozlaşdırılır. Kənd təsərrüfatında artım tempinin 2020-ci ildə 4.5 faizədək, 2021-ci ildə isə 4 faizədək azalacağı gözlənilir.
Eyni zamanda, gübrə və toxum idxalının subsidiyalaşdırılmasının davam etdirilməsinin iqtisadi səmərəliliyi daha yüksək olan taxıl növlərinin istehsalını dəstəkləyəcəyi ehtimal olunur. COVID-19 yeni növ koronavirus pandemiyasının turizm və pərakəndə ticarət sahələrinə təsirli zərbə vurması zəminində 2020-ci ildə xidmətlər sahəsində artım tempinin zəif olacağı, halbuki, 2021-ci ildə iqtisadi vəziyyətin yaxşılaşması şəraitində bu sektorlarda artım tempinin 1 faizə çatacağı gözlənilir.
Tələbat hissəsində gəlirlərinin artımı göstərəcəkdir. Bununla yanaşı, minimal əməkhaqqı hədinin 34 faizlik artımı sayəsində fərdi istehlakın da güclənəcəyi gözlənilir. 2020-ci ildə neft gəlirlərinin səngiməsinin dövlət investisiya qoyuluşlarınına azaldıcı təsiri sayəsində ümumi investisiyaların artım tempinin zəifləyəcəyi, hərçənd, özəl investisiyaların gücləndiyi stabilləşəcəyi proqnozlaşdırılır.
Büdcə kərisinin ÜDM-də xüsusi çəkisinin ən azı 3.4 faizədək – ARDNF-in transfertləri nəzərə alınmamaqla isə 17.2 faizədək artması şəraitində sosialyönümlü xərclərin genişləndirilməsi və dövlət investisiyalarının davamlı olaraq yüksək səviyyədə saxlanılması zəminində cəmi büdcə xərclərinin 10.2 faiz həcmində yüksəlməsi fonunda 2020-ci ildə fiskal siyasətin daha da genişlənmə yönümündə irəliləcəyi gözlənilir. Hökumət COVID-19 yeni növ koronavirus pandemiyasının makroiqtisadi sabitlik, əmək bazarı və sahibkarlığa mənfi təsirinin tənzimlənməsi məqsədinə 1 milyard manat məbləğində vəsait ayırıb. Özəl sektor iştirakçılarının dəstəklənməsi üçün müvafiq meyarlar qəbul ediləcəkdir. ARDNF-in transfertləri də daxil olmaqla neft qiyməti bir barrel üçün 55 dollar səviyyəsində əsas götürülərək büdcə gəlirlərinin 2020-ci ildə ÜDM-in 29.4 faizi səviyyəsində proqnozlaşdırılırdı.
Halbuki, cari ilin qalan hissəsi ərzində də neft qiymətləri mart ayında qeydə alınmış səviyyədə qalarsa faktiki gəlirlər proqnozdan aşağı ola bilər. Vergi yığımlarının genişləndirilməsi yönümündə vergi məcəlləsinə qəbul edilmiş dəyişikliklər zəminində ARDNF-in transfertlərinin hesabına 2020-ci ildə gəlirlərin 47 faizinin, 2021-ci ildə isə 45 faizinin formalaşdırılacağı proqnozlaşdırılırdı. Hökumətin proqnozlarına əsasən ARDNF-in 2020-ci il ərzində ixracat hesabına formalaşdırılacaq gəlirləri 12.4 milyard təşkil etməliydi ki, bunun da 91 faizi dövlət büdcəsinə köçürülməliydi.
İqtisadi aktivliyin səngiməsi fonunda inflyasiya dərəcəsinin 2020-ci ildə 2.5 faizədək enərək cüzi həcmdə zəifləyəcəyi, fərdi istehlakın gücləndirilməsi yönümündə sosial məqsədli xərclərin artımının ləngidilmiş effekti zəminində isə 2021-ci ildə 3.5 faizədək artacağı proqnozlaşdırılır. Bu proqnoz göstəriciləri qida məhsullarına qiymətlərin mötədil artımına və məzənnənin stabil qalacağına dair ehtimallara əsaslanır.
Lakin, sosialyönümlü xərclərin kəskin artımının, habelə minimal əməkhaqqı həddinin artırılması səbəbindən respublika üzrə əmək haqlarının yüksəlişinin əlavə inflyasiya təzyiqlərinin yaranması ilə nəticələnəcəyi gözlənilir. Neft qiymətlərinin davamlı olaraq azalması nəticəsində, 2016-cı ildəki kimi, məzənnənin tənzimlənməsi zəruriliyi, inflyasiyada isə sıçrayış meydana çıxa bilər.
Qeyd edək ki, Asiya İnkişaf Bankının iqtisadi məsələlər üzrə əsas nəşri olan “Asiyanın İnkişaf Perspektivləri” (AİP) adlı hesabatının 2020-ci il üçün buraxılışında inkişaf edən Asiya regionunda iqtisadi artımın 2021-ci ildə bərpa olunmazdan öncə 2020-ci ildə yeni növ koronavirus (COVID-19) pandemiyasının təsirləri ucbatından kəskin surətdə azalacağı proqnozlaşdırılır.
Hesabata əsasən regionda artım tempinin 2020-ci ildə 2.2% təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da AİB-in sentyabr 2019-cu il tarixində etdiyi 5.5 faizlik proqnoza nisbətdə 3.3 faiz bəndi həcmində azalma deməkdir. Pandemiyanın bitdiyi və fəaliyyətin normallaşdığı təqdirdə iqtisadi artımın 2021-ci ildə bərpa olunaraq 6.2% təşkil edəcəyi gözlənilir. Çinin Honkonqu, Koreya Respublikası, Sinqapur və Çinin Taipeyi kimi yenicə inkişaf etmiş ölkələr sırasına daxil olan dövlətlər istisna olmaqla, inkişaf edən Asiyada cari ildə genişlənmə tempinin 2.4% (2019-cu ilin 5.7 faizi ilə müqayisədə) təşkil edəcəyi, növbəti ildə isə 6.7 faizədək yüksələcəyi ehtimal olunur.
AİB-in Baş İqtisadçısı cənab Yasuyuki Savadanın dediyində görə, “Qlobal pandemiyanın, eləcə də bu şəraitdə qlobal və regional iqtisadiyyatın inkişaf istiqamətləri və perspektivləri ilə bağlı çox böyük qeyri-müəyyənlilik müşahidə olunur. Belə ki, iqtisadi artım tempi proqnozlaşdırıldıqdan qat-qat aşağı, onun bərpa templəri isə zəif ola bilər. Bunu nəzərə alaraq, COVID-19 pandemiyası ilə mübarizə etmək, onun iqtisadi təsirliliyini, xüsusilə də ən həssaslara təsirlərini minimallaşdırmaq üçün əlaqələndirilən şəkildə güclü tədbirlər görülməlidir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 8 saat sonra
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 4 saat əvvəl
-
5 saat əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
5 saat əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
6 saat əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
-
6 saat əvvəl
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
-
6 saat əvvəl
PAŞA Bank “Nargis” Fondunun Qurban bayramı xeyriyyə aksiyasını dəstəkləyib
-
6 saat əvvəl
Bank of Baku-dan şəhid və qazi övladları üçün “RoboKəşf” təşəbbüsü – təlim və ekskursiya
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Ən çox oxunanlar
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!
İnvestorlara milyonlarla manat borcu olan “FINCA Azerbaijan”ın bir sıra maliyyə göstəriciləri pisləşib
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ






.jpg)
.jpg)






.jpg)







