SOCAR dəstək fondu yaratdı
SOCAR Azərbaycan RespublikasınınTəhsil Nazirliyi və Azərbaycanın Türkiyədəki səfirliyi ilə birlikdə koronavirus pandemiyasına görə öz ölkəsinə dönə bilməyən 10 mindən çox Azərbaycan vətəndaşı və tələbəsinin sığınacaq və yaşayış ehtiyaclarını ödəmək məqsədi ilə dəstək fondu yaradıb.
Marja xəbər verir ki, bu barədə SOCAR-ın yaydığı məlumatda bildirilib.
Məlumatda qeyd edilib ki, SOCAR Azərbaycan dövlətinin koronavirusa (COVID-19) qarşı ölkə daxilində apardığı bütün tədbirlərdə, eləcə də iqtisadi dayanıqlığının təmin olunmasında yaxından iştirak etməklə yanaşı, həm də Türkiyədə çətinliklərlə üzləşmiş Azərbaycan vətəndaşlarına yardım əlini uzadır. Türkiyənin ən böyük birbaşa xarici investoru olan SOCAR pandemiyaya qarşı mübarizədə sosial məsuliyyətini dərk edərək bu istiqamətdə dəstək tədbirlərini davam etdirir. Türkiyə və Azərbaycan iqtisadiyyatlarının inkişafı naminə investisiya layihələrini uğurla davam etdirən SOCAR Türkiyədəki əsas aktivimiz olan “SOCAR Türkiye” vasitəsilə “Biz Bize Yeteriz, Türkiyem” kampaniyasına töhfə verir. İzmirin Əliağa bölgəsində tibbi ehtiyacların təmin olunması sahəsində xəstəxanalara və yerli Səhiyyə İdarəsinə köməklik göstərən SOCAR, pandemiyaya görə Vətənimizə qayıda bilməyən Azərbaycan vətandaşları və Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə də dəstək verir.
baycan Respublikasının 1-ci Vitse Prezidenti-nin göstərişinə uyğun olaraq SOCAR, ölkəmizin Ankaradakı səfirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi dəstək layihəsi çərçivəsində Türkiyədə 10 mindən çox Azərbaycan vətəndaşının sığınacaq, əsas qida vasitələri, nəqliyyat kimi ehtiyacları öz həllini tapacaq. Bu layihənin birbaşa vətəndaşların və tələbələrin ehtiyaclarına yönəldiyini bildirən SOCAR prezidenti Rövnəq Abdullayev demişdir:
“Bu çətin günlərdə biz, Azərbaycan neftçiləri dövlətimizin koronavirusa qarşı apardığı mübarizəni bütün sahələrdə dəstəkləməyi özümüzə borç bilirik. Möhtərəm Prezidentimizin ölkə daxilində həyata keçirdiyi təşəbbüslərə var gücümüzlə dəstək veririk. Bu gün həm də Türkiyədə minlərlə Azərbaycan vətandaşı COVID-19 pandemiyası səbəbindən çətin vəziyyətə düşüb və Azərbaycana qayıda bilmir. Bir çoxu hazırda qaldığı yataqxana və başqa müvəqqəti yerləri tərk etmək məcburiyyətindədir. Prezidentimizin tapşırıqlarını nəzərə alaraq, biz bu vətəndaşlarımıza da sahib çıxmalı, onlara yardım əli uzatmalıyıq. Onların əsas ehtiyaclarının ödənilməsi məqsədilə SOCAR-ın maliyə dəstəyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və ölkəmizin Ankaradakı səfirliyinin təşkilatçılığı ilə dəstək fondu yaradılmışdır.”
“AZƏRBAYCAN VƏ TÜRKİYƏDƏ APARILAN YARDIM KAMPANİYALARINA DA DƏSTƏK VERİRİK”
Rövnəq Abdullayev daha sonra qeyd etmişdir:
“Bildiyiniz kimi, koronavirus pandemiyası səbəbindən beynəlxalq uçuşlar təxirə salınmışdır. Türkiyədəki azərbaycanlılar digər ölkələrdəki soydaşlarından daha şanslıdır; çünki Türkiyə bizim ikinci vətənimizdir. Əsas aktivlərimizin - Petkim, STAR neft emalı zavodu, Petkim Külək Elektrik Stansiyası, “SOCAR Depolama” və “SOCAR Terminal”ın yerləşdiyi Əliağa bölgəsində tibbi ehtiyacların təminatı üçün genişmiqyaslı yardım kampaniyası təşkil etmişik. İndiyə qədər kampaniya çərçivəsində yüzlərlə azərbaycanlı tələbənin Vətənə qayıtması üçün maddi yardım ayırılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə hazırda ölkəsinə qayıda bilməyən Azərbaycan vətandaşlarına yardım etmək üçün faəliyyət göstəririk. Sərmayələrimiz, təsislərimiz, fasiləsiz istehsalımızla Türkiyə və Azərbaycanın rifahı üçün çalışır, sosial məsuliyyətimizi dərk edərək hər iki ölkə vətəndaşlarına dəstək verməyə davam edirik.”
Müştərilərin xəbərləri
Şarj stansiyası axtarmağa ehtiyac yoxdur — benzin doldurursunuz, sistem bu enerjini elektrikə çevirərək avtomobili hərəkət etdirir
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
3 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 50 d. əvvəl
-
4 saat əvvəl
"Fitch Ratings" İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib
-
4 saat əvvəl
3 il stajı olan məhkəmə hakimləri güzəştli ipoteka krediti ala biləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
SONDA MƏNZİL VƏTƏNDAŞA QALIR - 237 təmirli mənzil kirayə mexanizmilə vətəndaşlara təqdim edilir
-
5 saat əvvəl
Tramp İranla atəşkəsin uzadılacağını gözləmir - “Bunu etmək istəmirəm”
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank salfet təchizatı üzrə tenderi elan edir
SONDA MƏNZİL VƏTƏNDAŞA QALIR - 237 təmirli mənzil kirayə mexanizmilə vətəndaşlara təqdim edilir
Ən çox oxunanlar
Şarj stansiyası axtarmağa ehtiyac yoxdur — benzin doldurursunuz, sistem bu enerjini elektrikə çevirərək avtomobili hərəkət etdirir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Bonus-Malus” sistemi fərdi Sığorta Tarixçəsi Əmsalı ilə əvəz olunur - İCBARİ AVTO-SIĞORTADA DƏYİŞİKLİKLƏR
"Şərq-Qərb"in gəlirləri və xalis mənfəəti azalıb
"Yüksək gərginlikli elektrik enerjisinin verilməsi dayanıb, qatarların hərəkəti mümkün olmayıb"
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana körfəz ölkələrindən gələnlərin sayı 70 min nəfərə yaxın azalıb - İRAN MÜHARİBƏSİ TURİST AXININA MƏNFİ TƏSİR EDİB






.jpg)






.jpg)









