Dünyada koronavirusa yoluxanların sayı 2,4 milyonu keçdi
Dünyada koronavirusdan 625 min 127 nəfər sağalıb, 165 min 69 nəfər isə virusdan ölüb.
Marja statistikanın dərc edildiyi Worldometers saytına istinadən xəbər verir ki, indiyədək 2 milyon 407 min 339 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 54 min 225-nin vəziyyəti ağırdır.
Ən çox yoluxma və ölüm halları ABŞ (764 min 265 - yoluxma, 40 min 465 - ölüm), İspaniya (198 min 674 – yoluxma, 20 min 453 - ölüm) və İtaliyada (178 min 972 – yoluxma, 23 min 660 - ölüm) qeydə alınıb.
Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 86 min 306 nəfər yoluxub, 2 min 17 nəfər ölüb. İranda isə 82 min 211 nəfər virus daşıyıcısıdır. Son məlumata görə, bu ölkədə 5 min 118 ölkə vətəndaşı pandemiyanın qurbanı olub.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 21 d. əvvəl
- 41 d. əvvəl
-
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Subasma nəticəsində 18 135 AZN zərərə uğramış mənzilin xərci qarşılanıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
2 saat əvvəl
Neft Trampın İrana təhdidlərini artırmasından sonra yenidən bahalaşıb
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Un istehsalçılarının topdansatış qiymətləri açıqlanıb
“AzInTelecom” IV Vergi və Mühasibatlıq Zirvəsində - VİDEO
Premium Bank 3 mühüm nominasiya üzrə mükafatlandırılıb
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Ən çox oxunanlar
“Qaradağ Tikinti Materialları”na yeni investorların cəlb edilməsi, fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur
15 tələbə Azercell-dən təqaüd qazandı
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib
10 nəfərdən ibarət komandası olan şirkət 400 milyon dollara satıldı
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
Unibank IV Vergi və Mühasibatlıq Zirvəsinə dəstək verib


















