Vergi ödəyiciləri vahid bəyannaməni doldurulmaqda və göndərməkdə çətinlik çəkirlər
Son günlər Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə müraciətlərin sayı kəskin şəkildə artıbKoronavirus (COVID-19) pandemiyası ilə bağlı Azərbaycanda tətbiq olunan karantin rejimi çərçivəsində bir sıra strukturların fəaliyyəti sosial təcridetmə tələblərinə uyğunlaşdırılıb. Vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün Vergilər Nazirliyi tərəfindən hələ ötən ay Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərində çoxlu sayda insanın toplaşmasının qarşısının alınması məqsədilə onların fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Bütün bunlar isə, təbii ki, Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə müraciətlərin sayının kəskin şəkildə artmasına səbəb olub.
Son 3 həftə ərzində Mərkəzə daxil olan zənglərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 52 faiz artaraq 73.555-ə çatıb. Bu müddət ərzində itirilmiş zənglər və zəng sifarişləri üzrə edilən əks əlaqələr də daxil olmaqla, ümumilikdə 35.663 zəng təmsilçilər tərəfindən cavablandırılıb. Bu barədə Vergilər Nazirliyinin yaydığı məlumatda deyilir.
Məlumatda qeyd edilib ki, daha çox vahid bəyannamənin tətbiqi, onların doldurulma və göndərilmə qaydaları (daxil olan sualların ümumi sayında xüsusi çəkisi - 14%), “Asan imza” sertifikatının yeni formadan əldə edilməsi (13%) barədə sualların sayı artıb. Bundan başqa, İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilən maliyyə dəstəyi ilə bağlı da müraciətlərin sayında ciddi artım qeydə alınıb.
Vergilər Nazirliyinin Çağrı Mərkəzinin bütün əməkdaşlarının tam tərkibdə və daha gərgin rejimdə fəaliyyəti göstərmələrinə, zəngləri qəbul etmək üçün mövcud 180 kanalının imkanlarından tam şəkildə istifadə olunmasına, sualların cavablandırılmasına əlavə işçi qüvvəsinin cəlb edilməsinə baxmayaraq, vergi ödəyicilərindən iş yükünün həddindən çox artmasını nəzərə alaraq, nazirliyin rəsmi internet səhifəsinə müraciət etmək, orada yerləşdirilmiş qaydalar və təlimatlarla tanış olmaq tövsiyə olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 22 d. əvvəl
- 25 d. əvvəl
- 27 d. əvvəl
- 28 d. əvvəl
- 31 d. əvvəl
- 32 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib






.jpg)
.jpg)








.jpg)




