“Rabitəbank”ın əməliyyat mənfəəti 30 faiz artıb
“Rabitəbank” ASC 2019-cu ilin 1-ci rübünü 1 milyon 129 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 130 min manat və ya 65,4% azdır. Belə ki, Bank 2019-cu ilin 1-ci rübündə 3 milyon 258 min manat xalis mənfəət əldə etmişdi. Xalis mənfəətin azalması ehtiyata ayırma ilə bağlıdır. İlk rübdə Bankın biznesi genişlənib, gəlirləri və əməliyyat mənfəəti artıb.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-mart dövründə Rabitəbankın cəmi əməliyyat gəlirləri 14 milyon 741 min manat, cəmi əməliyyat xərcləri isə 10 milyon 491 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 4 milyon 250 min manat əməliyyat mənfəəti yaranıb. Bank əməliyyat mənfəətinin 3 milyon 120 min manatını mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırdığından ilk rübü 1 milyon 129 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin 1-cü rübündə Rabitəbankın cəmi əməliyyat gəlirləri 12 milyon 157 min manat, cəmi əməliyyat xərcləri 8 milyon 884 min manat, əməliyyat mənfəəti 3 milyon 273 min manat təşkil etmişdi. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara cəmi 14 min manat ayırdığından xalis mənfəəti 3 milyon 258 min manat olmuşdu.
GƏLİRLƏRİ ARTIB
Rabitəbankın faiz gəlirləri ötən ilin ik rübündə 10 milyon 75 min manat ikən, 2019-cu ilin ilk rübündə 11 milyon 475 min manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 2 milyon 82 min manatdan 3 milyon 266 min manata yüksəlib. Gəlirlərin artması ilə əlaqədar olaraq Rabitəbankın əməliyyat mənfəəti təxminən 30% artaraq 3 milyon 273 min manatdan 4 milyon 250 min manata yüksəlib.
KREDİT PORTFELİ BÖYÜYÜB
Rabitəbankın müştərilərə verdiyi kreditlər 2019-cu ilin sonu ilə müqayisədə 11 milyon 312 min manat və ya 3% artaraq 388 milyon 250 min manata çatıb. Artım istehlak kreditlərinin hesabınadır. Belə ki, 2020-ci ilin ilk rübündə istehlak kreditləri 52 milyon 513 min manat artaraq 154 milyon 36 min manata çatıb, biznes kreditləri isə 46 milyon 294 min manat azalaraq 160 milyon 479 min manata düşüb. Daşınmaz əmlak kreditləri də 2 milyon 997 min manat artaraq 38milyon 77 min manata yüksəlib.
31 Mart 2020-ci il tarixində Rabitəbank 104 milyon 846 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 14 d. əvvəl
- 27 d. əvvəl
-
1 saat əvvəl
"Star4" "Marsol Expo 2026"da bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 2 saat əvvəl
-
13 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
14 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
14 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
15 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Rəsmi məzənnələr açıqlandı
"Star4" "Marsol Expo 2026"da bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 3 GÜN
Ən çox oxunanlar
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası























