Azərbaycanda koronavirusa yoluxma faktı artdı - NÖVBƏTİ ÖLÜM
Son 24 saatda Azərbaycanda 50 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Marja Operativ Qərərgaha istinadən xəbər verir ki, 40 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet, arterial hipertenziya və ürəyin işemik xəstəliyi olan 1957-ci il təvəllüdlü vətəndaş vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 1854 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1365 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər vəfat edib, 464 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 146 min 630 test aparılıb.
Xatırladaq ki, 8 Apreldə 105 yoluxma (ən çox), 9 Apreldə 104 yoluxma, 10 Apreldə 65 yoluxma, 11 Apreldə 67 yoluxma, 12 apreldə 40 yoluxma, 13 Apreldə 50 yoluxma, 14 apreldə isə 49 yoluxma, 15 apreldə 56 yoluxma, 16 apreldə 30 yoluxma, 17 apreldə 57 yoluxma, 18 apreldə 33 yoluxma, 19 apreldə ilə 25 yoluxma, 20 apreldə 38 yoluxma, 21 apreldə 44 yoluxma, 22 apreldə 38 yoluxma, 23 apreldə 30 yoluxma, 24 apreldə 44 yoluxma, 25 apreldə 25 yoluxama, 26 apreldə isə 28 yoluxma, 27 apreldə 33 yoluxma, 28 apreldə isə 39 yoluxma, 29 apreldə 49 yoluxma, 30 apreldə isə 38 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)






.jpg)
