970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

Qorunan əmanətlər üzrə faizin yuxarı həddi qaldırıldı

Qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2 faiz bəndi artırıdı
AzVak-mobil_resmin_ustu_31
Qorunan əmanətlər üzrə faizin yuxarı həddi qaldırıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) Himayəçilik Şurası Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının tövsiyyəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-dək qaldırılması barədə qərar qəbul etmişdir.  

Bu barədə Əmanətlərin Sığortalanması Fondundan Marja-ya daxil olmuş məlumatda bildirilir.

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) bildirir ki, ƏSF-yə üzv olan banklarda xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2,5% təşkil edir.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.

Beləliklə, illik 12%-dək faiz dərəcələri ilə milli valyutada banklara yatırılan əmanətlər sığortalanacaqdır.  Əmanətlər dekabr ayınadək tam sığortalanacaqdır.

Marja-ya verilən məlumatlara görə, son günlər əhalinin banklardan əmanətlərini geri götürməsi faktları artıb. Ehtimal ki, faizin qaldırılması qərarı ilə əmanətlərdəki azalmanın səngidilməsi hədəflənir. Neftin ucuzlaşması, Dolların bahalaşacağı söz-söhbətləri, 2 bankın lisenziyasının ləğv edilməsi, 2 bankda da müvəqqəti inzibatçının yoxlama aparması əmanətçiləri narahat edir. Qorxunun artması ilə əmanətçilər manat vəsaitlərini banklardan geri götürür və dollar alınır. Yuxarı həddin 2 bənd artırılması ilə banklara əmanət yerləşdirmək sərfəli edilir və bu addım ilə yeni əmanətlərin cəlbi hədəflənir. 

Qorunan əmanətlər faiz dərəcəsi yuxarı hədd Əmanətlərin Sığortalanması Sığorta fondu
07.05.2020 10:32
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19