Bayden Trampı qabaqlayır
ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd, keçmiş vitse-prezident Co Bayden rəqibini, respublikaçıların namizədi, hazırkı prezident Donald Trampı 5 faiz bəndi qabaqlayır.
CNN telekanalı tərəfindən keçirilmiş son sorğuya əsasən, ölkə üzrə qeydə alınmış seçicilərin 51 fazi Baydeni dəstəkləyir. Trampın tərəfini 46 faiz seçici tutub.
Buna baxmayaraq, Trampın ABŞ-ın əsas və ən “mübahisəli” ştatlarında qələbə qazanmaq üçün böyük şansa sahib olduğu göstərilib.
Donald Tramp
Statistikaya görə, keçmiş vitse-prezident qadınlar, qaradərililər və 45 yaşdan yuxarı sakinlər arasında daha populyardır. Hazırkı prezident isə ABŞ-ın orta gəlirli vətəndaşları və gəncləri arasında populyardır.
Bundan əlavə, respondentlərin əksəriyyəti Trampın iqtisadi islahatlarını rəqibindən daha yüksək qiymətləndirirlər (54 faiz - Tramp, 42 faiz - Bayden). Lakin demokrat (51 faiz - Bayden, 45 faiz - Tramp) səhiyyə və koronavirusla mübarizə məsələsində irəli sürdüyü siyasətlə Ağ Evin liderini geridə qoyub.
Co Bayden
Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 3 noyabrda baş tutacaq. Birləşmiş Ştatların vətəndaşları 46-cı prezidenti seçəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 7 d. əvvəl
-
2 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
2 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb





















