Azərbaycan bankının reklam layihəsi beynəlxalq festivalda qızıl mükafata layiq görülüb
(®️) Rabitəbankın "Ödənişlərinizi nağdsız edin" adlı poster seriyası beynəlxalq müsabiqədə qızıl mükafata layiq görülüb.
Bankın yaydığı məlumatda bildirilir ki, ilin əvvəlindən bugünədək aktual mövzu olan COVİD-19 pandemiyası ilə əlaqədar dünyada qeyri-müəyyənlik hökm sürür, insanlar normal rutinində alışmadıqları dəyişikliklərə məcbur olurlar. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xüsusən bu günlərdə insanlara virusdan qorunmaq üçün bir çox çağırışlarla səslənib. Bunlardan biri də gündəlik həyatımızda icra etdiyimiz nağd ödəmə üsuluna aiddir. Bir kağız əsginas gün ərzində əldən-ələ hesabsız dövriyyə edir. Bu da koronavirusun kağız əsginasla keçmə təhlükəsini istisna eləmir.
"ÜST-ün çağırışına dəstək olaraq Rabitəbank da hər kəsi nağdsız ödəniş əməliyyatlarına üstünlük verməyə səslədi. Rabitəbankın üstün keşbək sisteminə malik taksit və debit kartı Kartmane, “PayPass Sticker” kimi innovativ məhsulları ilə nağdsız ödəniş sistemi müştərilərinin həyat tərzinə çevrilməkdədir. Bu tədbirə diqqəti gücləndirmək üçün Rabitəbank, Endorphin reklam agentliyi ilə birgə “Ödənişlərinizi nağdsız edin” adlı poster seriyası hazırladı. Posterlərdə əsas məqsəd dünyada ən çox istifadə olunan 3 valyutada əks olunmuş şəxsləri tibbi maska ilə təsvir etməklə nağdsız ödənişin təhlükəsizliyini insanlara çatdırmaq idi.
Paylaşıldığı gündən etibarən posterlər sosial mediada geniş səs doğuraraq Gürcüstan, Türkiyə, Qazaxıstan, Rusiya, Yaponiya və bir çox Avropa ölkələrinin reklam və marketinq platformalarında paylaşıldı. Hər il keçirilən Kiyev Beynəlxalq Reklam Festivalına (KIAF) qatılmaqla bu poster seriyası “Dizayn&Brendinq” və “Çap&Nəşriyyat” kateqoriyalarında iki qızıl mükafata layiq görüldü. Bu layihə həm də digər kateqoriyalarda da bir gümüş və iki bürünc mükafat qazanmaqla ümumillikdə 5 mükafatla festivalın TOP 10-a daxil oldu. Qeyd edək ki, Azərbaycan reklam sənayesi üçün bu festivaldan həm qızıl, həm də eyni işlə 5 mükafat qazanmaq bir ilk idi",- Bankın məlumatında deyilir.
Rabitəbank, Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, Rabitəbank Mobile adlı mobil əlavəsi, İnternet Bankinq və RabitaBot adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















