Fondun vəsaiti əmanətlərin qaytarılmasına kifayət etmir - MƏRKƏZİ BANK KREDİT AYIRIR
“Lisenziyası ləğv olunmuş 4 bankın əmanətçilərinə ödəniləcək 680 milyon manat kompensasiyanın təxminən 200 milyon manatı Əmanətlərin Sığortalanması Fondunun hesabına, 480 milyon manatı isə Mərkəzi Bankın Fonda ayıracağı kredit hesabına ödəniləcəkdrir”.
Marja xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında bildirib.
“200 milyon manat Əmanətlərin Sığortalanması Fondunun vəsaiti hesabına qaytarılacaqdır. Əmanətlərin Sığortalanması Fondunun özünün likvidliyi var, bir qədər yüksəkdir. Amma Fondun fəaliyyətinin normal təmin edilməsi üçün bir qədər vəsaitlər onun hesabında qalır. 480 milyon manat dövlət zəmanətilə Mərkəzi Bank tərəfindən Fonda veriləcəkdir. Mərkəzi Bank, Maliyyə Nazirliyi və Fond arasında danışıqlar gedir. Artıq Mərkəzi Bankın İdarə Heyətinin bu istiqamətdə qərarı var və biz Maliyyə Nazirliyinə müraciət etmişik. Hesab edirik ki, çox qısa müddətdə bu məsələni həll edəcəyik. Qeyd edim ki, qaytarılacaq vəsaitlərin bir hissəsi valyuta formasındadır. Mərkəzi Bank bu vəsaitin də verilməsini üzərinə götürüb. Bu vəsait, təxminən 200 milyon dollar valyuta ehtiyatlarından köçürüləcəkdir. Bu səbəbdən növbəti aylarda Mərkəzi Bankın valyuta ehtiyatlarında azalma olacaqdır”,- Elman Rüstəmov deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 d. əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























