Hamının banka çıxışı üçün yeni layihə başlayır
Dünya Bankı Qrupunun üzvü olan IFC (Beynəlxalq Maliyyə Korporasiyası), Azərbaycanın milli poçt operatoru olan Azərpoçt ilə xüsusilə də ölkənin ucqar ərazilərində yerləşən əhali və özəl sektor üçün maliyyə xidmətlərinə çıxışı genişləndirmək və müasirləşdirmək səyləri daxilində elektron maliyyə xidmətlərindən istifadəni əhəmiyyətli dərəcədə artırmaq üçün tərəfdaşlığa başlamışdır.
Bu barədə Beynəlxalq Maliyyə Korporasiyasından Marja-ya daxil olmuş məlumatda bildirilir.
Qeyd edilib ki, IFC, elektron maliyyə əməliyyatlarını icra etməyə imkan verən onlayn xidmət kimi elektron pul kisəsinin təqdim edilməsində dəstək göstərmək üçün Azərpoçtla birlikdə çalışacaqdır.
Azərpoçt, məhdud bank lisenziyası əsasında bir sıra maliyyə xidmətlərini təqdim etməyə başlamışdır. IFC ilə əməkdaşlıq Azərpoçta digər maliyyə təşkilatlarının agenti qismində seçilmiş maliyyə xidmətlərini göstərməyə və müştəriləri rəqəmsal maliyyə xidmətləri barədə maarifləndirməyə yardım edəcək. Bu iş İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə tərəfdaşlıqda icra olunan IFC-nin “Elektron və rəqəmsal maliyyə xidmətləri” layihəsi çərçivəsində aparılır.
Məlumatda bildirilib ki, bu təşəbbüs, xüsusilə kənd yerlərində, bank filiallarından uzaqda yaşayan əhaliyə və kiçik sahibkarlara banka gəlmədən ödənişlər etməyə və əsas bank xidmətlərinə rəqəmsal çıxış əldə etməyə imkan verəcəkdir. Azərbaycan üçün bu, əhəmiyyətli irəliləyişdir, çünki ölkə əhalisinin yalnız təqribən 29%-nin maliyyə təşkilatında hesabı var. Dünya Bankının Qlobal Findex adlı maliyyə inklyuzivliyi məlumat bazasına əsasən, Azərbaycandakı bu göstərici Avropa və Mərkəzi Asiya regionu üzrə orta həddən xeyli aşağıdır.
“IFC ilə əməkdaşlıq Azərpoçt üçün yeni imkanlar açır. Bu tərəfdaşlıq nəticəsində Azərpoçt hazırda Azərbaycan əhalisinin bank xidmətləri ilə əhatə olunmamış böyük hissəsi üçün maliyyə inklyuzivliyinin təmin edilməsində mühüm rol oynayacaq,” – deyərək “Azərpoçt”un baş direktoru Emin Əfəndiyev bildirib.
“Elektron ödənişlər çox vaxt, xüsusilə hazırda üzləşdiyimiz pandemiya dövrlərində həyati əhəmiyyətə malikdir. Bu təşəbbüs Azərbaycan iqtisadiyyatını şaxələndirməyə və iqtisadi artımı sürətləndirməyə dəstək verən geniş strategiyamızın tərkib hissəsidir və bu halda biz onu elektron maliyyə xidmətlərinə dəstək vasitəsilə həyata keçiririk,” – IFC-nin Cənubi Qafqaz üzrə Regional Meneceri cənab Yan van Bilsen söyləyib.
Elektron və rəqəmsal maliyyə xidmətlərinin müasir maliyyə sistemlərinin vacib elementlərini təşkil etməsini nəzərə alsaq, elektron pul kisəsi xidmətlərinin inkişafı həmçinin Azərbaycan bank sistemini daha dayanıqlı və investisiyalara açıq etməyə kömək edə bilər.
Azərbaycan 1995 ildən etibarən IFC-nin üzvüdür. Ötən dövr ərzində IFC Azərbaycanın maliyyə xidmətləri, infrastruktur və sənaye kimi bir sıra iqtisadi sahələrində icra edilmiş 56 uzun-müddətli layihəyə 473 milyon ABŞ dolları (o cümlədən digər kreditorlardan cəlb edilmiş 73 milyon dollar) məbləğində investisiya qoymuşdur. Bundan əlavə, IFC, ticarətin maliyyələşdirilməsi proqramı vasitəsilə təxminən 100 milyon dollar ticarət dövriyyəsini dəstəkləyib və Bakı – Tbilisi – Ceyhan boru kəmərinin inşa edilməsinə 250 milyon dollar ayırıb. IFC həmçinin özəl bölmənin inkişafını dəstəkləmək məqsədilə müxtəlif məsləhət xidmətləri layihələrini icra edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
“Azeronline”-a yeni Baş müdir təyin edilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər






.jpg)
.jpg)



.jpg)





