Əmanətlər bu ünvanlarda qaytarılacaq - "AGBank" və "NBC Bank"
Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 12 may 2020-ci il tarixli qərarı ilə “AG Bank” ASC və “NBC Bank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilmişdir.
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “AG Bank” ASC və “NBC Bank” ASC-də sığorta hadisəsi günü 28 aprel 2020-ci il müəyyən edilib.
Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “AG Bank” ASC və “NBC Bank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilmişdir.
“AG Bank” ASC və “NBC Bank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada ödəniləcəkdir.
Əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq.
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq:
16 iyun 2020-ci il tarixindən başlayaraq “AG Bank” ASC və “NBC Bank” ASC-də 30 min manat ekvivaləntinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi;
15 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi.
Əmanətçilərdən kompensasiyaların alınması üçün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını, əmanətin sahibliyini təsdiq edən digər sənədlərin (hesabdan cıxarışların) və şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması xahiş olunur.
Qorunan əmanətçilər hesabdan çıxarışları ləğv prosesində olan “AG Bank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Cəlil Məmmədquluzadə küç., 102A ünvanında yerləşən baş ofisi, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından, ləğv prosesində olan “NBC Bank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Nərimanov rayonu, Müzəffər Nərimanov küç., məhəllə 2054 ünvanında yerləşən baş ofisindən, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından əldə edə bilərlər.
“Əmanətlərin sığoratalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
Qorunan əmanətçilər ərizə formalarını 16 iyun 2020-ci il tarixindən etibarən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin müvafiq filiallarından və ƏSF-nin www.adif.az internet-saytından əldə edə bilərlər.
Əlavə olunan cədvələ uyğun olaraq qorunan əmanətçilər ləğv prosesində olan “AG Bank” ASC və “NBC Bank” ASC-də əmanətləri olduğu filialın qarşısında qeyd edilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filialına müraciət edərək yuxarıda qeyd edilən sənədlər əsasında kompensasiyalarını əldə edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
59 d. əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
1 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
1 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
Ən çox oxunanlar
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib













.jpg)






