“60 min tonadək fındıq gözləyirik”
“Bu il 60 min tonadək fındıq məhsulu yığılmasını və ya keçən il ilə müqayisədə təqribən 50 faizlik artım gözləyirik”
“Marja” xəbər verir ki, bunu aprelin 17-də Yevlaxda keçirilmiş qeyri-neft ixracatçılarının respublika müşavirəsində Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov bildirib.
Onun sözlərinə görə fındıqçılıq ölkəmizin kənd təsərrüfatının ən önəmli sahələrindən biridir:
“2016-cı il 16 noyabr tarixli Sərəncamınıza uyğun olaraq, dövlət tərəfindən fındıq pöhrələrinin alınaraq fermerlərə pulsuz verilməsi məhsul istehsalının genişləndirilməsinə böyük töhfə verir. Bununla yanaşı, fındıq istehsalçılarına verilən 10 milyon manat məbləğində güzəştli kreditlər bu sahənin inkişafına dəstək olub.
Hazırda ölkəmizdə 50 min hektardan çox fındıq bağları mövcuddur. 2016-cı ildə yeni bağlar salınıb və bu işlər hazırda da davam edir. Cari ilin ilk üç ayı ərzində Assosiasiya tərəfindən 62 min fındıq ağacı yetişdirilərək yeni tingçilik təcrübə stansiyası yaradılıb.
Hava şəraitinin fındıqçılıq üçün əlverişli olmasını və yeni aqrotexniki qaydaların tətbiqini nəzərə alaraq, bu il 60 min tonadək məhsul yığılmasını və ya keçən il ilə müqayisədə təqribən 50 faizlik artım gözləyirik”.
ÖTƏN İL 105 MİLYON DOLLAR. 3 AYDA İSƏ 20 MİLYON DOLLAR VALYUTA GƏTİRİB
İsmayıl Orucov qed edib ki, Azərbaycan dünyada dördüncü fındıq ixracatçısıdır:
“Keçən il fındıq qeyri-neft sektoru üzrə ən böyük ixrac məhsulu olub. Belə ki, ölkəmizdən 105 milyon ABŞ dolları məbləğində fındıq ixrac olunub. Bu ilin ilk üç ayında isə 20 milyon dollar dəyərində fındıq ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisə etsək, 3 faizlik artıma nail olmuşuq. İlin sonunadək fındıq ixracında böyük həcmdə artım gözləyirik.
Bu sahədə dövlət dəstəyi ilə keçirilən təşviq tədbirlərinin rolu böyükdür. Biz İqtisadiyyat Nazirliyi və AZPROMO ilə əməkdaşlıq edərək yeni dəstək mexanizmləri, xüsusilə ixrac təşviqi və “Made in Azərbaycan” brendinin tanıdılması ilə bağlı tədbirlərdən geniş yararlanırıq.
Cari ildə Almaniya və Ukraynaya ixrac missiyaları, o cümlədən Almaniyada keçirilmiş “Yaşıl həftə” və Dubay şəhərində keçirilmiş “Gulfood” sərgilərində iştirak etmişik və nəticədə yeni bazarlarda müştərilər tapmışıq. Hazırda onlarla intensiv danışıqlar aparırıq”.
O ki, 2017-ci il üçün beynəlxalq proqnozlara görə, dünya üzrə fındıq istehsalının artımı gözlənilir:
“Nəticədə dünya bazarında əsas fındıq istehsalçı və təchizatçı ölkələri arasında rəqabət artacaq. Bu rəqabətə davamlılığı saxlamaq üçün Assosiasiyamız tərəfindən fındığın yüksək keyfiyyətinin saxlanması üçün fermer təsərrüfatları ilə təbliğat işləri aparılır və texniki dəstək göstərilir.
Keyfiyyət göstəriciləri ilə yanaşı, məhsulun qiymət baxımından rəqabətqabiliyyətliyi önəmlidir. Assosiasiya tərəfindən vergi qanunvericiliyinin təkmilləşdirilməsi və ixracın rəsmiləşdirilməsi prosedurları istiqamətində aidiyyəti qurumlarla birgə iş aparılır. Eyni zamanda, məhsullarımız üçün yeni bazarlar araşdırır və orada fəaliyyət göstərən idxalçı və alıcılarla əlaqə qururuq. Azərbaycana məxsus və dünyada ən keyfiyyətli fındıq növlərindən olan “Ata-baba” sortunu xarici müştərilər arasında təbliğ edirik”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
4 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
6 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
6 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
6 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
7 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
7 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
7 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR









.webp)







.jpg)









.jpg)
