"Daimler daha 10 min nəfəri işdən çıxara bilər"
Almaniyanın avtomobil istehsalçısı Daimler AG-nin 2025-ci ilə qədər daha 10 min nəfəri işdən çıxarmağı planlaşdırdığı bildirilir.
Marja xəbər verir ki, "Automobilwoche" jurnalının şirkətdəki mənbələrinə istinadən yaydığı xəbərinə görə, Daimler AG-nin İcraçı direktoru Ola Kaellenius yeni bir xərc qənaət proqramı hazırlayır. Plana görə 2025-ci ilə qədər daha 10 min nəfər işdən çıxarıla bilər.
Jurnala görə Mercedes-Benz avtomobillərinin istehsalçısı olan Daimler AG şirkəti məlumat texnologiya xidmətlərini kənardan təmin etməyi və araşdırma ilə inkişaf etdirmə departamentlərindəki işçiləri azaltmağı hədəfləyir.
Şirkət Noyabr ayında işçi qüvvəsinin 2022-ci ilə qədər 10 min nəfər və personal xərclərinin 1.4 milyard avro (1.6 milyard dollar) azaldılması planını açıqlamışdı.
Xəbərdə, Daimler-in 2019-un sonunda 299 min ətrafında işçisi olduğu qeyd edilib. Markanın, Bloomberg News-a danışan nümayəndəsi Joerg Howe, "Biz yalnız bir ədəd tələffüz etdik və o da hədəflədiyimiz 1.4 milyard dollarlıq qənaətdir. Digər hər şey "Automobilwoche"-ın fərziyyəsidir" deyib.
Bundan başqa "Automobilwoche" jurnalı, Volkswagen AG-nin kommersiya avtomobilləri istehsalının bir qisimini Polşaya köçürəcəyini və Almaniyadakı ana istehsal zavodundan 5 min ətrafında işçini çıxaracağını bildirmişdi.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
3 d. əvvəl
“Asel Kredit” BOKT 2025-ci ili 3 milyon 371 min manat xalis zərər ilə başa vurub
-
- 9 d. əvvəl
- 10 d. əvvəl
- 22 d. əvvəl
-
23 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 56 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Rəsmi məzənələr açıqlandı
Neftin qiyməti ABŞ-İran razılaşmasına dair bədbinlik və yeni hücumların təsiri ilə yüksəlməkdə davam edib
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Ən çox oxunanlar
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL

























