Hər bir vətandaş üçün şəxsi sığorta kabineti yaradıldı
Sığorta kabineti vətəndaşlara sığorta hadisələri zamanı vaxt itkisinin qarşısının alınmasına kömək edəcəkdir.İcbari Sığorta Bürosunun yaydığı məlumatda bildirilir ki, ölkəmizdə COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı çağırışlar, bu istiqamətdə Mərkəzi Bankın qərar və tövsiyyələri elektron xidmət vasitələrindən istifadənin əhatə dairəsini genişləndirib.
Sığorta sektorunun inkişafı üçün Mərkəzi Bankın hazırlamış olduğu layihələrin tərkib hissəsi kimi sığorta xidmətlərinə əlçatanlığın təmin edilməsi məqsədi ilə elektronlaşma hədəflərinin yerinə yetirilməsi üzrə İcbari Sığorta Bürosu (İSB) işləri davam etdirir. Bu məqsədlə İSB sığorta şəhadətnamələri və sığorta hadisələri barədə məlumatların elektron qaydada əldə edilməsi üçün elektron şəxsi kabinet xidmətini vətəndaşların istifadəsinə təqdim etmişdir.
Şəxsi kabinetdən istifadə etmək üçün vətəndaş ilk növbədə İSB-nin rəsmi internet səhifəsinə (www.isb.az) daxil olaraq, “E-xidmət” bölməsindən öz elektron imza avadanlığına uyğun olan “Asan İmza” və ya “e-İmza” düymələrindən birini seçir. Seçdiyi elektron imza növü vasitəsi ilə sistemə daxil olur və şəxsi sığorta kabinetinin “Sığorta məlumatlarım” menyusunda şəhadətnamələrini görür.
Beynəlxalq təcrübəyə əsaslanan şəxsi sığorta kabineti vətəndaşlara sığorta sirri, fərdi məlumatların məxfiliyinin qorunması kimi üstünlüklər verməklə yanaşı sığorta hadisələri zamanı vaxt itkisinin qarşısının alınmasına da kömək edəcəkdir.
Şəxsi sığorta kabinetində ilkin olaraq elektronlaşmış iki sığorta növü – “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta” üzrə məlumatların əldə edilməsi mümkündür.
Vətəndaşlar şəxsi sığorta kabinetinə daxil olaraq avtomobillərinin icbari sığorta tarixçəsi, həmçinin sığorta şəhadətnamələrinin müddəti barədə məlumat əldə edə bilərlər.
Vətəndaşlarımız İSB-nin istifadəyə verdiyi elektronlaşdırılmış digər sığorta növü üzrə işəgötürən tərəfindən hansı dövr ərzində sığortalandığı, müvafiq sığorta məbləği, ödənilən sığorta haqqı və s kimi ətraflı məlumat əldə edə bilərlər. Bu növ üzrə sığorta təminatının mövcud olub-olmaması qeyd olunan kabinetdə öz əksini tapmaqdadır.
İSB-nin informasiya sistemində 5 icbari sığorta növü mövcuddur: “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası”, “Sərnişinlərin icbari fərdi qəza sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta.” Bu növlərin ikisi artıq elektronlaşdırılaraq istifadəyə verilib, digər növlərin elektronlaşdırılması istiqamətində Mərkəzi Bank və İSB intensiv işlər aparmaqdadır və yaxın vaxtlarda yeniliklərin içtimaiyətə təqdim edilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 19 d. əvvəl
- 22 d. əvvəl
-
7 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək















.jpg)





