Gəncədə elektrobusun istehsalına başlanılıb
Bu gün Prezident İlham Əliyevə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində yığılmış avtobus və kombayn nümunələri təqdim olunub.
Məlumat verilib ki, 2019-cu ildə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə Belarusun “Belkommunaş” ASC arasında bağlanmış ikitərəfli müqavilələr çərçivəsində müəssisədə “E-321” markalı elektrobusun istehsalına başlanılıb və bu günədək 4 elektrobus yığılıb. Bu ictimai nəqliyyat vasitəsi həm ekoloji, həm də yanacağa qənaət baxımından çox sərfəlidir. Avtobuslar kondisionerlə, həmçinin məlumat monitoru və videonəzarət sistemi ilə təmin olunub.
Diqqətə çatdırılıb ki, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində yeni müasir kombaynların yığılmasına da başlanılıb. Bu layihənin icrası Finlandiyanın tanınmış “Sampo” firması ilə əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 10 d. əvvəl
-
- 17 d. əvvəl
- 20 d. əvvəl
- 24 d. əvvəl
-
24 d. əvvəl
“Azərlotereya” illik 374 milyon manat gəlir, 74 milyon manat xalis mənfəət əldə edib
-
53 d. əvvəl
“Asel Kredit” BOKT 2025-ci ili 3 milyon 371 min manat xalis zərər ilə başa vurub
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Azəralüminium” ixracını 27% artırıb
“AzerGold”un ixracı 79 milyon dolları keçib
“Azərlotereya” 2025-ci il üzrə maliyyə hesabatını açıqladı
Rəsmi məzənələr açıqlandı
Ən çox oxunanlar
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
Neftin qiyməti ABŞ-İran razılaşmasına dair bədbinlik və yeni hücumların təsiri ilə yüksəlməkdə davam edib
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN

























