Lisenziyası ləğv edilmiş 4 bankın cəmi kredit portfeli açıqlandı
Lisenziyaları ləğv edilmiş Ata Bank, Amrah Bank, NBC Bank və AG Bank-ın cəmi kredit portfeli 1 milyard manatdan artıqdır.
Marja.az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Tural Piriyev bildirib.
“Bankların kredit portfelləri haqqında Sizə məlumat vermək istəyirəm. Kredit portfeli Amrahbankda 123,6 milyon manat, Ata Bankda 414,4 milyon manat, NBC Bankda 173,5 milyon manat, AG Bankda isə 305,4 milyon manat olmaqla, cəmi 1 milyard 16,9 milyon manat kredit portfelindən söhbət gedir”, - Tural Piriyev deyib.
“MAYIN SONUNDA 1484 NƏFƏR İŞÇİ OLUB”
Fondun İcraçı direktoru əlavə etdi ki, bankların lisenziyalarının ləğv edilməsinə baxmayaraq onların əməkdaşlarının böyük hissəsi işləməkdə davam edirlər: “May ayının sonuna ləğv edilən bankların işçilərinin sayı 1484 nəfər idi. Sonradan öz ərizəsilə işdən azad olunanlar ilə əlaqədar olaraq bu rəqəm hazırda bir az aşağı düşüb. Hazırda bankların kifayət qədər əməkdaşı var, həm kompensasiyların verilməsində, həm də kreditlərin yığılmasında Fonda yardım edirlər”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
18 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 13 saat sonra
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 9 saat əvvəl
-
23 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























