Mərkəzi Bankdan "özəl valyutadəyişmə məntəqələri" xəbərinə reaksiya
"Başqa hər hansısa hüquqi və fiziki şəxs belə fəaliyyətlə məşğul olarsa bu qanunsuzdur".Mərkəzi Bank Bakı şəhərində özəl valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməsinə dair mətbuatda yayılan məlumatlara aydınlıq gətirərək bildirir ki, hazırda yalnız banklar və onların filialları, eləcə də “Azərpoçt” MMC-nin filial və şöbələri valyuta mübadiləsi fəaliyyəti hüququna malikdirlər.
"Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq digər hüquqi və fiziki şəxslərə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməmişdir. Əgər yuxarıda qeyd olunan təşkilatlardan başqa hər hansısa hüquqi və fiziki şəxs belə fəaliyyətlə məşğul olarsa bu qanunsuzdur.
Media nümayəndələrinə belə məlumatları yaymazdan öncə Mərkəzi Bankla dəqiqləşdirmə aparmağı və qanunsuz valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olma hallarının qarşısının alınmasına ictimai dəstək göstərərək həqiqətən də belə faktlarla rastlaşarlarsa dəqiq ünvan göstərməklə informasiya verməyi tövsiyə edirik".
Xatırladaq ki, özəl valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməsinə dair məlumat Marja.az portalı tərəfindən yayımlanıb. Portal bir sıra səbəbləri görə məntəqələrin ünvanlarını göstərməyib. Marja.az mövzuya bir daha qayıdacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 21 saat sonra
-
- 23 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 2 saat əvvəl
-
15 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
17 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























