Maliyyə Sabitliyi Şurası iclas keçirdi
Ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanı ilə yaradılmış Maliyyə Sabitliyi Şurasının 2017-ci il 14 aprel tarixində Azərbaycan Respublikasının Baş naziri, Maliyyə Sabitliyi Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə cari ilin I rübünün yekunlarına həsr edilmiş iclası keçirilmişdir.
Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasından “Marja”y verilən məlumata görə, İclasda Maliyyə Sabitliyi Şurasının üzvləri - Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov iştirak etmişlər.
İclasın gündəliyinə uyğun olaraq Maliyyə Sabitliyi Şurasının katibliyi tərəfindən icmal-hesabat təqdim edilmişdir. Hesabatda ölkədə gedən makroiqtisadi proseslərin, habelə 2016-cı ilin sonunda Maliyyə Sabitliyi Şurası tərəfindən qəbul edilmiş "2017-ci ilə və ortamüddətli dövrə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə tədbirlər planı"nın icra vəziyyətinin təhlili öz əksini tapmışdır.
Müzakirələr zamanı qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş iclasında qeyd olunduğu kimi cari ilin I rübündə milli iqtisadiyyatın inkişafında pozitiv dinamika və makroiqtisadi sabitlyin təmin olunmasında müsbət trendlər yaranmışdır. Aylıq inflyasiya tempi yanvar ayından sonra düşməyə başlamış, manatın məzənnəsinin ucuzlaşması dayanmış və hətta manat müəyyən qədər möhkəmlənmiş, iqtisadi artım bərpa olunmuşdur. Əlverişli neft qiymətləri və məzənnə şəraitində tədiyə balansı tarazlaşmağa başlamış, ölkənin strateji valyuta ehtiyatları artmışdır.
2017-ci ilin ötən dövründə makroiqtisadi siyasətin başlıca istiqamətləri, o cümlədən pul-məzənnə siyasəti ilə fiskal siyasətin effektiv taktiki əlaqələndirilməsi təmin edilmişdir. Pul təklifinin həcminin optimallaşdırılmasını nəzərdə tutan pul proqramı razılaşdırılaraq icraya götürülmüşdür. Mərkəzi Bank tərəfindən sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi ilə izafi pul kütləsinin valyuta bazarına və məzənnəyə mənfi təsirlərinin neytrallaşdırılması sabitləşdirici rol oynamışdır. Pul bazasının monetar siyasətin başlıca lövbərinə çevrilməsi və bütün emissiya mənbələrinin effektiv idarə edilməsinə imkan verən bir sıra qərarlar qəbul edilmişdir.Büdcə-borc siyasəti çərçivəsinin daha da təkmilləşdirilməsi istiqamətində görülən işlər isə ortamüddətli dövrdə büdcə dayanıqlığının gücləndirilməsi üçün əlverişli makro-fiskal baza yaratmışdır.
Cari ilin ötən dövründə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına, o cümlədən valyuta bazarının tarazlaşdırılmasına yönəlmiş tədbirlər üzən məzənnəyə keçid istiqamətində mühüm qərarlar qəbul edilməsinə zəmin yaratmışdır. Ötən illərdə yaranmış və valyuta bazarına ciddi mənfi təsir göstərən borc öhdəliklərinin makroiqtisadi çərçivədən (daxili valyuta bazarından) kənarlaşdırılaraq əlahiddə rejimdə həll edilməsi, valyuta rejiminin təkmilləşdirilməsi, gömrük-tarif siyasəti sahəsində idxalın məhdudlaşdırılması, habelə ixracın stimullaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər valyuta bazarına stabilləşdirici təsir etmişdir. Valyuta bazarında sabitləşmə meyillərinin başlaması manatın məzənnəsinə adekvat təsir göstərmiş və bu, inflyasiyanın məqbul səviyyədə saxlanması və de-dollarlaşmanın başlanması üçün makroiqtisadi zəmin yaratmaqdadır.
Maliyyə sisteminin dayanıqlığının təmin edilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilmiş, Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması və Əmanətlərin Sığortalanması Fondunun kapitalizasiyası istiqamətində mühüm qərarlar qəbul edilmişdir. Görülmüş bu tədbirlər maliyyə sabitliyinin təmin olunmasına öz təsirini göstərəcəkdir.
Yekunda qeyd olunmuşdur ki, ilin qalan dövründə də makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsinə yönəldilmiş siyasət davam etdirilməlidir. Başlıca vəzifələr makroiqtisadi siyasətin çevikliyinin təmin edilməsi, yeni şəraitdə formalaşan risklərə qarşı adekvat tədbirlərin görülməsi, makroiqtisadi siyasətin koordinasiyasının daha da gücləndirilməsi, formalaşan rəqabət üstünlüklərindən iqtisadi artımın daha da sürətləndirilməsi üçün nəzərdə tutulan struktur islahatlarının həyata keçirilməsi davam etdiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 18 saat sonra
-
-
24 d. əvvəl
İnvestorlara milyonlarla manat borcu olan “FINCA Azerbaijan”ın maliyyə vəziyyəti pisləşib
-
1 saat əvvəl
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
-
1 saat əvvəl
"KazMunayQaz-Aero" Şımkent hava limanında AZAL təyyarələrini yanacaqla təmin edəcək
-
2 saat əvvəl
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qarabağdakı torpaqların sahibkarlara icarəyə verilməsi üzrə 4-cü investisiya müsabiqəsi elan olundu
-
3 saat əvvəl
“İnno Kapital”ın xalis mənfəəti 2,2 dəfə artıb – MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
-
3 saat əvvəl
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
Qarabağdakı torpaqların sahibkarlara icarəyə verilməsi üzrə 4-cü investisiya müsabiqəsi elan olundu
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
SİMA rəqəmsal imza Birbank-da!
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Broyler şirkətinin xalis mənfəəti 24% artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma






.jpg)
.jpg)








.jpg)





