Kapital Bank filialların önündə müştəriləri günvurmadan qoruyur
(®️) Kapital Bank koronavirusun (COVID-19) yayılması səbəbindən ölkədə xüsusi rejim tətbiq edildiyi üçün müştərilər üçün növbəti rahatlığı təmin edən tədbir həyata keçirib. Belə ki, havaların isti keçməsi və filiallara müştərilərin növbəli şəkildə buraxılması səbəbindən filialların önündə gündən qorunmaq üçün xüsusi çətirlər paylanılır.
Çətirlər həm müştərilərə fərdi şəkildə təqdim edilir, həm də onların toplaşdığı yerdə kölgə yaratmaq üçün xüsusi zonalarda quraşdırılıb. Bununla da küçədə gözləyən müştərilər günəşdən qorunmaq üçün bu vasitələrdən istifadə edirlər. Artıq bir sıra filiallarda bu yenilik tətbiq olunub və yaxın günlərdə digərlərində də olacaq.
Bundan başqa Kapital Bank, vətəndaşların sosial məsafəyə riayət etmələri üçün filialların qarşısında xüsusi nişanlar çəkilib. Həmçinin bir sıra filiallarda müştərilərə gözləmək üçün çətirdən başqa, stullar təqdim olunur. Filiala daxil olan müştərilərdən maska taxmaq tələb olunur, onların hərarəti ölçülür və xüsusi dezinfeksiyaedici vasitələrdən istifadə edilir.
Kapital Bank bu asan olmayan vəziyyətdə bir daha müştərilərə müraciət edərək ənənəvi bank əməliyyatları üçün filiallara gəlməməyi və rəqəmsal xidmətlərdən istifadəni tövsiyə edir. Artıq müştərilər bir sıra xidmətləri BirBank tətbiqi vasitəsilə həyata keçirə bilir ki, bununla da onların filiallara gəlməyinə ehtiyac qalmır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 16 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
17 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 13 saat sonra
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 9 saat əvvəl
-
23 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























