Azərbaycanın aparıcı yol tikintisi şirkətinin gəlirləri kəskin artıb
Azərbaycanın aparıcı yol tikintisi şirkətlərindən biri olan “Azvirt” MMC 2019-cu ili 602 min manat xalis mənfəət ilə başa vurub. 2018-ci illə müqayisədə “Azvirt”in xalis mənfəəti 4,6 dəfə azalıb. Belə ki, şirkət 2018-ci ili 2 milyon 784 min manat xalis mənfəət ilə bağlamışdı. Ötən il xalis mənfəətin azalması tikinti üzrə gəlirlərin artması ilə bərabər xərclərin daha çox artmasıdır.
Marja şirkətin illik maliyyə hesabatına istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə “Azvirt” MMC-nin tikinti üzrə gəlirləri 126 milyon 639 min manat və ya 148% artaraq 212 milyon 385 min manat yüksəlib. 2018-ci ildə şirkətin tikinti üzrə gəlirləri 85 milyon 746 min manat təşkil etmişdi.
Ötən il tikinti üzrə maya dəyəri isə 118 milyon 334 min manat və ya 171% artaraq 187 milyon 681 min manat təşkil edib. Maya dəyəri artan gəlirin böyük hissəsini silib.
Nəticədə 2018-ci illə müqayisədə ötən il “Azvirt” MMC-nin ümumi mənfəəti (xalis gəlir) 8 milyon 305 min manat və ya 51% araraq 24 milyon 704 min manat təşkil edib (2018-də 16 milyon 399 min manat). Lakin ümumi, inzibati, maliyyə, valyuta və vergi xərclərinin artması mənfəətin azalmasına səbəb olub.
ŞİRKƏT BÖYÜYÜB
2018-ci illə müqayisədə 2019-cu ildə “Azvirt” MMC-nin cəmi aktivləri 74 milyon 258 min manat və ya 59,4% artaraq 199 milyon 265 min manata yüksəlib.
Şirkət 31 Dekabr 2019-cu il tarixində 55 milyon 921 min manat bölüşdürülməmiş mənfəətə malik olub.
“AzVirt” Məhdud Məsuliyyətli Cəmiyyəti 29 iyun 1995-ci il tarixində Azərbaycanda “Azərbaycan Hava Yolları” (AZAL) Dövlət Konserni, Bakı Şəhər İcra Hakimiyyəti və Almaniyanın Virtgen İnternational Gmbh şirkətinin iştirakı ilə müvafiq olaraq mülkiyyətin 11%, 40% və 49% bölüşdürülməsi əsasında Azərbaycan-Almaniya Birgə Müəssisəsi olaraq təsis edilmişdir və daha sonra 5 may 2004-cü il və 16 dekabr 2006-cı il tarixində Qrup “AzVirt” Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq yenidən qeydiyyatdan keçmiş və özəlləşdirilmişdir. İlk öncə Bakı ərazisində şəhər yollarının tikintisi ilə məşğul olan Qrup, zaman keçdikcə yol və hava limanı infrastruktur layihələri üzrə tam xidmət göstərən beynəlxalq şirkətə çevrilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
5 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
9 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
9 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq

















