“SOCAR Aviation” Bodrum hava limanına daxil oldu
Türkiyə hava nəqliyyatı sektorunun yanacaq ehtiyacını təmin edən ən böyük üç şirkətdən biri olan “SOCAR Aviation” Milas-Bodrum hava limanında yanacaqdoldurma məntəqəsini istismara verib.
Marja xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Məlumata görə, bu obyektdə ildə 3000 təyyarənin yanacaqla təchiz olunması planlaşdırılır.
Türkiyənin ən böyük birbaşa xarici investoru olan “SOCAR Türkiyə”nin tədricən ölkənin hava nəqliyyatı sektoru ilə birlikdə genişlənən markası SOCAR AVIATION Muğlada yerləşən Milas-Bodrum hava limanında yanacaq təchizatını artıq öz obyektindən həyata keçirəcək. “SOCAR Türkiyə” Dövlət Hava Limanları İdarəçiliyi (DHMİ) tərəfindən elan ediən tenderdə SOCAR AVIATION markası ile qalib gəldikdən sonra Milas-Bodrum yanacaqdoldurma obyektini istifadəyə verib. Obyektdən ilk yanacaq təchizatı 21 iyul 2020-ci il tarixində Türk Hava Yollarına (THY) gerçəkləşdirilib. .
İLDƏ 3000 TƏYYARƏ YANACAQLA TƏCHİZ EDİLƏCƏK
“SOCARTürkiyə” Milas-Bodrumdakı yanacaqdoldurma məntəqəsi ilə hava nəqliyyatı sahəsində ilk yanacaqdoldurma obyektini işə salmışdır. SOCAR AVIATION şirkətinin Milas-Bodrumdakı təchizat obyekti yenidənqurma və qeydiyyat prosedurlarından sonra Enerji Bazarında Nizamlama Qurumunun lisenziyasını almışdır. Bu obyektdə 1.500 kubmetr tutumuna malik 3 təyyarə yanacağı sisterni yerləşir. Ümumilikdə 4.105 kvadrat metr sahəni əhatə edən obyekt mövcud infrastrukturu ilə ildə 70 min kubmetr yanacaqdoldurma potensialına malikdir ki, bu da hava limanının ümumi istehlakının yarısına bərabər olmaqla ildə təxminən 3000 təyyarəni yanacaqla təchiz etməyə imkan verir.
NÖVBƏDƏ ADNAN MENDERES HAVA LİMANI VAR
2013-cü ildən hava nəqliyyatı sahəsində yanacaqdoldurma xidməti göstətən SOCAR AVIATION bir neçə hava limanının tədarükçüsü rolunu yerinə yetirir və Milas-Bodrum ilə yanaşı İstanbul, Sabiha Gökçen, Adnan Menderes, Antalya və Dalaman hava limanlarının da yanacaq ehtiyaclarını təmin edir. Yanacaq təchizatı sahəsində investisiyalarını davam etdirən SOCAR AVIATION, gələcəkdə İzmir hava limanında da yanacaqdoldurma məntəqəsini işə salmağı planlaşdırır. “SOCAR Türkiyə”nin enerji zəncirinin bütün həlqələrini əhatə edən inteqrə olunmuş sturkturu sayəsində SOCAR AVIATION şirkəti artıq STAR neft emalı zavodunun da təyyarə yanacağı istehsalı imkanından yararlanaraq, Türkiyə hava nəqliyyatı sektoruna yüksək keyfiyyətli xidmət göstərmək üçün səylərini davam etdirir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 47 d. əvvəl
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
20 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb






.jpg)
.jpg)



.jpg)




.jpg)







