Sahibkarlar fəaliyyətin bərpası üçün xahiş etdi
Sahibkarlar biznesin karantin şərtləri üzrə ciddi qaydalar çərçivəsində fəaliyyətini davam etdirməsini xahiş ediblər. Təkliflərin İqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçiriləcək iclasa təqdim edilməsi qərara alınıbAvqustun 5-də Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin onlayn video-konfrans formatında hesabat iclası baş tutmuşdur.
Konfederasiyadan Marja-ya daxil olmuş məlumata görə, iclasda Azərbaycan Sahibkarlar Konfederasiyasının 2020-ci ilin birinci yarısı ərzində gördüyü işlərə dair hesabat dinlənilmiş, eyni zamanda sahibkarlarları narahat edən məsələlər müzakirə edilmişdir.
İclas Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin sədrliyilə keçmişdir. İclası açıq elan edən M.Musayev respublika Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atıldığını, bu istiqamətdə ölkəmizin qlobal həmrəylik nümayiş etdirərək dünyada öz fəal rolunu oynadığını qeyd etdi. M.Musayev eyni zamanda pandemiya dövründə hökümət tərəfindən iqtisadi artıma və sahibkarlığa edilən güzəştlərin sahibkarlar tərəfindən çox yüksək qiymətləndirildiyini vurğulamışdır.
Konfederasiyanın baş katib əvəzi Kristina Məmmədova COVİD-19 pandemiyası ilə əlaqədar karantin qaydaları çərçivəsində ASK-nın fəaliyyətinin davam etdiyini bildirmiş və bu ilin birinci yarısında ASK-ya qəbul olunan yeni üzvlər, sahibkarlardan daxil olan müraciət və təkliflərin əsas məzmunu barədə məlumat vermişdir. Konfederasiya prezidentinin baş məsləhətçisi Fərid Vəlizadə pandemiya dövründə sahibkarlarla keçirilən iclaslar, müzakirə olunan əsas mövzular və dövlət qurumları ilə ASK arasında mövcud olan Əməkdaşlıq Şuralarının fəaliyyəti haqqında Rəyasət Heyətinə hesabat vermişdir.
Sonra sahibkarlar karantin dövründə biznesin genişləndirilməsi istiqamətlərini müzakirə etmişdir. “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdulbari Gözəl Prezident cənab İlham Əliyevin su çatışmazlığının həlli ilə bağlı gördüyü işləri yüksək qiymətləndirdiklərini və bu işdə sahibkarların da fəal iştirak etməli olduğunu bildirdi. A.Gözəl həmçinin yeni iş yerlərinin yaradılması və əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə yerli istehsalın artırılmasının vacibliyini vurğulamışdır.
ASK-nın vitse-prezidenti Vüqar Abbasov maliyyə əlçatanlığı məsələsini gündəmə gətirmişdir. Yerli istehsala dəstək məqsədilə qanunvericilikdə dəyişikliklər edilməsi və bu dəyişiklərin çevik olması, dövlət-özəl dialoqunun dərinləşdirilməsi təklif olunmuşdur.
Rəyasət Heyətinin üzvü Səkinə Babayeva son dövrlərdə təhsil, turizm sektorunda çalışan qadın sahibkarların fəaliyyəti barədə məlumat vermişdir.
Sahibkarlar ölkə prezidenti cənab İlham Əliyevin siyasətini daim dəstəklədiklərini qeyd edərək, sahibkarlara dövlət yardımlarına görə təşəkkürlərini bildirmişlər. Eyni zamanda biznesin karantin şərtləri üzrə ciddi qaydalar çərçivəsində fəaliyyətini davam etdirməsini xahiş etdilər.
Video Konfransın sonunda ASK-nın Rəyasət Heyəti toplanan təklifləri İqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçiriləcək iclasa təqdim etməyi qərara almışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






















