"Kapital Bank" nizamnamə kapitalını artırır
"Kapital Bank" ASC nizamnamə kapitalını təxminən 20 milyon manat və yaxud 8,85% artıraraq 225,85 milyon manatdan 245,85 milyon manata çatdırmağı planlaşdırır.
Kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 12,39 manat olan 1 614 205 ədəd yeni imtiyazlı, faizli, adlı səhm buraxılacaq.
Bununla da, Bankın dövriyyədə olan, illik 15% gəlirliliyə malik imtiyazlı səhmlərinin sayı 50% artaraq 3 228 410-dan 4 842 615-a çatacaq.
Qiymətli kağızlar kütləvi təklif üsulu ilə 1 həftə müddətində "Bakı Fond Birjası" QSC-də yerləşdiriləcək. Bunun ilk 2 günündə mövcud səhmdarlara ("PAŞA Holdinq" MMC, "PAŞA Sığorta" və "PAŞA Həyat Sığorta" ASC-lər, fiziki şəxslər) üstünlük hüququ tanınacaq.
“Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb.
Report
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
4 d. əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
-
4 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 10 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat






















