Fındıq ixracında rəqabət çətinləşə bilər
Kənd təsərrüfatı məhsullarının istehsalı və ixracında hər il müxtəlfi daşqınların, leysan yağışlarının, təbii fəlakətlərin baş verməsi təhlükə rolunu oynayır. Bu il isə koronavirus pandemiyasının yayılması qeyri-neft sektorunun müxtəlif sektoruna olduğu kimi kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı üçün də əməlli-başlı maneə rolunu oynadı.
Azərbaycanda kənd təsərrüfatı məhsulları içərisində fındıq istehsalı və ixracı özünəməxsus yer tutur. Bəs pandemiya fındıq təsərrüfatlarına, onların iqtisadi fəaliyyətlərinə necə təsir göstərib?
Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucovun verdiyi açıqlamada bildirib ki, pandemiya fındıqçılıq sahəsinə ciddi zərər verməyib:
“Azərbaycanda fındığın əsas ixracı sentyabrda olduğu üçün pandemiya bizə bir o qədər təsir etmədi. Karantin vaxtına qədər artıq ixracın 80%-i həyata keçirilmişdi. Hazırda yeni mövsüm başlayır. Müəssisələrdə karantin qaydalarına riayət olunması ilə bağlı təbliğat aparırıq ki, pandemiyanın növbəti dalğası olsa biz əziyyət çəkməyək. Hazırda müəssisələr mövsümqabağı tam dezinfeksiya olunur.
Pandemiya fındıq təsərrüfatlarda da ciddi problem yaratmayıb. Fındıq budaqları çox da qulluq tələb etmədiyi üçün elə bir zərər olmadı. Fındıq yığımı təqribən avqustda başlayır və sentyabrın sonuna qədər davam edir. Çox vaxt sentyabrın 15-nə yekunlaşır. Ona görə də kəskin pandemiya dövrü bizim fəaliyyətimizə ciddi maneə göstərmədi”.
İ.Orucov artıq fındıq istehsalının başladığını bildirib:
“Hazırda Xaçmaz bölgəsində istehsal artıq başlayıb. Zaqatalada ayın sonu başlayacaq. Maksimum dərəcədə çalışacağıq ki, istehsal və ixrac dayanmasın. Bu ayın sonlarına yaxın ixrac da başlayacaq. Hər il Azərbaycandan orta hesabla 20 min ton fındıq ləpəsi ixrac olunur. İşlənmiş fındıq deyirlər ona. Bu il də bir o qədər ixrac olacağını düşünürəm. Cüzi artım da ola bilər. Amma pandemiya olduğu üçün tam əminliklə nəsə demək çətindir.
Bizdə əsas fındıq ixrac edən bölgələr Xaçmaz və Qubadır. Respublikadakı fındıq ixracının 20-25%-i bu bölgələrin payına düşür. Sonrakı bölgələr Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən bölgələridir. Son illər Qazaxda da artım var. Amma bu ümumi ixracın təqribən 3%-ini təşkil edir. Fındıq ixracımızın əsas istiqamətləri Rusiya, İtaliya və Almaniya bazarlarıdır”.
Assosiasiya sədrinin sözlərinə görə pandemiya ilə bağlı yaranmış daşıma çətinlikləri fındıq ixracına mənfi təsir etməyəcək:
“Fındıq tez xarab olan məhsul olmadığı üçün elə bir qorxumuz yoxdur. Logistikada problemlər olanda alternativ yollardan istifadə edə bilirik. Məsələn, Avropaya təkcə Rusiya üzərindən deyil, Türkiyə üzərindən də məhsul göndərmək olur. Bu ixracatçının öz qərarıdır. Lazım olanda marşrut xəttini dəyişmək mümkündür”.
İ. Orucov fındıq ixracı bazarında rəqabətin çətinləşdiyini söyləyib:
“Pandemiya dünya bazarına böyük təsir göstərib. Bazarda rəqabəti qorumaq çətinləşib. Çünki fındığın ən yaxın rəqibi badamdır. Badamın indiki halda dünya bazarında qiyməti 8 ABŞ dollarından 5 ABŞ dollara enib. Bu məhsulun dünyada ən böyük istehsalçısı ABŞ, əsas alıcısı isə Çindir. Çinlə ixracın azalması dünya bazarında badamın çox olması və qiymətlərin enməsinə gətirib çıxarıb. Odur ki, qiymət baxımından fındıq ixracında çətin rəqabət olacaq. Xüsusilə şokolad istehsalında fındığa ən yaxın rəqib badam hesab olunur”.
Report”
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
3 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
4 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
6 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 7 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır







.jpg)





.jpg)











.jpg)