Arıçılar üçün mühüm razılaşma
Yelo Bank və Azərbaycan Arıçılar Assosiasiyası arasında əməkdaşlıq haqqında Niyyət protokolu imzalanıb.
Bankın yaydığı məlumata görə, protokola Yelo Bankın Biznes Bankçılıq İdarəsinin baş direktorunun müavini Yaşar Soltanov və Assosiasiyanın sədri Bədrəddin Həsrətov imza atıblar.
Sənədə əsasən, tərəflər ticarət imkanlarının araşdırılması, təcrübə mübadiləsi, treninqlərin keçirilməsi və Assosiasiyanın üzvü olan sahibkarlara güzəştli kreditlərin ayrılması sahəsində əməkdaşlıq edəcəklər.
Yaşar Soltanov: "Yelo Bank real sektorun, o cümlədən aqrar sahənin inkişafına dəstək verməyə davam edir. Bu sahənin inkişafını qarşısına hədəf kimi qoyan təşkilatlarla tərəfdaşlıq etmək zövq verir. Azərbaycan Arıçılar Assosiasiyası ilə qurduğumuz tərəfdaşlıqdan gözləntilərimiz çoxdur. Çünki arıçıların zəhmətkeşliyinə və bu sahədə olan potensiala yaxşı bələdik. Bununla yanaşı, biz biznesini yaradan və ya böyüdən arıçıların üzləşdiyi çətinliklər haqda da məlumatlıyıq. Bu səbəbdən arıçılıq sahəsində öz planlarını reallaşdırmaq istəyən şəxslər Yelo Bankın dəstəyindən faydalana bilər".
Bədrəddin Həsrətov bildirib: "Arıçılar Assosiasiyasının rəsmi əməkdaşlıq etdiyi ilk bank Yelo Bank oldu. İnanıram ki, əməkdaşlığımız protokolda qeyd edilən bütün sahələr üzrə məhsuldar olacaq".
2008-ci ildən bankın majoritar səhmdarı "Topaz Investment Limited" MMC-dir, digər payçılar isə fiziki şəxs və "ISR Holding" şirkətlər qrupudur.
2016-ci ildən fəaliyyət başlayan Azərbaycan Arıçılar Assosiasiyasının 10 mindən çox üzvü var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















.jpg)





