Öz biznesini qurmaq istəyən xanımlar üçün WoWoman Sahibkarlıq proqramına qeydiyyat başladı
WoWoman qadınların inkişafı üçün yaradılan, onların ən qeyri-adi, çılğın və mümkünsüz görünən arzularını həyata keçirmək üçün yol göstərən, istiqamətləndirən platformadır. Platformanın xüsusi layihələri sırasında WoWenture xanımlar üçün sahibkarlıq proqramını vurğulamaq lazımdır. Belə ki, layihə öz işini qurmaq istəyən, ideyasını biznesə çevirmək və investisiya yatırımı axtaran xanımlar üçün fürsət yaradır və onlara real biznes mühiti ilə tanış olmaqda kömək edir.
Layihə Meneceri Kəmalə İsmayılova bilridib ki, artıq üçüncü dəfədir ki, bu proqrama start verəcəklər:
“Bir çox xanım öz işini qurmaq istəyir, lakin bu sahədə bilik və bacarıqlarının kifayət qədər olmaması səbəbindən istəyini həyata keçirə bilmir. Bunu nəzərə alaraq, biz xanımlar üçün sahibkarlıq proqramını yaratdıq və peşəkarlar tərəfindən xüsusi biliklərin onlara öyrədilməsini həyata keçiririk.
Proqrama qatılan iştirakçılar biznesin əsaslarını, komandanı qurub idarə etməyi, məhsulun bazara çıxarılmasını, marketinq və maliyyə məsələlərini, investorların qarşısında çıxış etməyi, maliyyə planı hazırlamağı öyrənəcəklər. Sonda onların layihəsi investor tərəfindən qiymətləndiriləcək. Hətta biz növbəti addım olaraq, uğurlu layihələrə investisiya cəlb olunmasına da dəstək ola bilərik".
Qeyd edək ki, layihə 4 moduldan ibarətdir: İnsan Resurslarının İdarəedilməsi və biznes, Marketinq və Satış, Maliyyə və hüquq, İnvestisiyanın cəlb olunması. Hər modulda iki dərs olması nəzərdə tutulub, xanımlar ilk dərs öyrəndiklərini ikinci dərsdə öz biznes ideyaları üzərində tətbiq edəcəklər və komanda haqqında plan, marketinq plan, maliyyə planı və investorlar üçün təqdimatlar hazırlayacaqlar.
Ətraflı məlumat http://bit.ly/2psSks3
Email: [email protected]
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
24 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!



















