Eldar Əzizov müşavirə keçirdi, rəhbərlərə xəbərdarlıq etdi
Bakı Şəhər İcra Hakimiyyətində bu ilin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı video konfrans formatında müşavirə keçirilib.
BŞİH-dən verilən xəbərə görə, paytaxtın kommunal, təsərrüfat və digər qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə payız-qış mövsümündə hava şəraitinin kəskin dəyişəcəyi zaman hər bir təşkilatın konkret fəaliyyətini müəyyən edən “Tədbirlər planı” təsdiq edilib.
Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısının səyləri nəticəsində Bakı şəhərinin kommunal xidmət strukturlarının lazımı xüsusi təyinatlı müxtəlif texnika ilə təmin olunduğu və bu istiqamətdə aparılan işlərin davam etdirildiyini bildirib.
Qeyd edilib ki, paytaxt qurumları qış aylarında yarana biləcək problemləri dərhal operativ şəkildə həll etməlidir. Şəhər və rayon İcra Hakimiyyətinlərin, idarə və təşkilatların xüsusi texnikaları saz vəziyyətdə olmalı, kifayət qədər qum, duz və lazımi invertar ehtiyatı yaradılmalıdır.
Müşavirədə mövsümə hazırlıq məsələləri ilə bağlı aparılan ilkin yoxlamalar zamanı yol verilən nöqsanlara görə bəzi xidmət sahələrinin rəhbərləri ciddi xəbərdar edilib, çatışmamazlıqların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilmişdir.
Müşavirədə payız-qış mövsümündə şəhərin ərazisinə nəzarətin gücləndirilməsi məqsədi ilə şəhər müvafiq cavabdeh ərazilərə bölünərək hər bir ərazi üzrə məsul şəxslər müəyyənləşdirilib, onlar arasında vəzifə bölgüsü aparılıb, bildirilib ki, hava şəraitinin kəskin dəyişəcəyi təqdirdə hər bir rəhbər şəxs öz iş yerində olmalı və yaranmış problemlərin həlli üçün konkret tədbirlər görməlidir.
Həmçinin paytaxt rayonlarında qışa hazırlıqla bağlı qərargahların yaradılması və aidiyyəti təşkilatların iştirakı ilə müşavirələrin keçirilməsi tapşırılıb və aidiyyəti strukturların üzərinə düşən konkret vəzifələr müəyyən edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
50 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 53 d. əvvəl
-
1 saat əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
1 saat əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
























