“Ekspertlərin şərhlərinə ehtiyacımız yolxdur, Qərar qəbul edilib”
“Bizim bu gün o dırnaqarası ekspertlərin Qərara düzəlişləri şərh etmələrinə ehtiyacımız yolxdur”
Marja xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Nazirlər Kabinetinin 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na edilən dəyişikliklərdən danışarkən bildirib.
Qərarın adını oxumadan “iqtisadiyyata və iş adamlarına zərbə vuruldu” bildirirlər. Nə ilə zərbə vuruldu?! Düşünülməmiş ifadələr istifadə edirlər. Əgər bir mal Azərbaycanda istehsal olunmursa deməli bu mala vergi və rüsum alınmamalıdır?! Onda büdcə nə ilə formalaşdmalıdır? Qərarlar düzgün şərh olunmalıdır, insanlar düzgün məlumatlandırılmalıdır. Onların məqsədi və məramı bəllidir. Onlar heç qərarın adını düzgün bilmirlər. Qərar “fiziki şəxslərin istehsal və kommersiya məqsədləri” üçün nəzərdə tutulmayan malların gətirilməsini tənzimləyir.Yəni, əgər vətəndaş öz ailəsi və öz adına malları gətirib onun ticarətilə məşğul olursa, bu qərar onu tənzimləmir. Bu qərar ticarət məqsədləri üçün gətirilməyən malları tənzimləyir. Bəzi ekspertlər “Ay sahibkarlar, kiçik biznes batdı, bunu müzakirəyə çıxarmalıyıq” deyirlər. Bu qərar artıq yüksək səviyyələrdə müzakirə olunub və qəbul edilib. Bir qərara şərh verəndə səmimi olmaq və kənar ölkələrin təcrübəsinə baxmaq lazımdır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
6 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























