Azərbaycanda həyat sığortası 19%, qeyri-həyat sığortası isə 5% artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 192 milyon 179 min manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə bu, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 18,9% çoxdur.
Son 1 ildə qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 275 milyon 304 minmanat təşkil edib. Bu isə illik müqayisədə 5,4% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 2,1 dəfə artaraq 138 milyon 393 min manata çatıb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 5,4% azalaraq 84 milyon 803 min manata düşüb.
Beləliklə, 2020-ci ilin yanvar-iyul aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 72 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 30,8 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2019-cu ilin yanvar-iyul aylarında müvafiq olaraq 40,2 manat və 34,3 manat olub.
Könüllü sığorta 14%, icbari sığorta isə 4% artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 325 milyon 34 min manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,8% çoxdur.
Həmçinin oxu
Sığorta ödənişləri sığorta haqlarından sürətli artıbSon 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 3,7% artaraq 142 milyon 449 min manat olub.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 187 milyon 808 min manat təşkil edib ki, bu da illik müqayisədə 70,75% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 20,7% azalaraq 35 milyon 388 min manata düşüb.
Beləliklə, 2020-ci ilin yanvar-iyul aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 57,8 manatı qədər ödəniş edilib. Bu rəqəm 2019-cu ilin yanvar-iyul aylarında 38,5 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 32,5 manatdan 24,85 manata düşüb.
Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
5 d. əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
-
14 d. əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 16 d. əvvəl
-
26 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 34 d. əvvəl
-
56 d. əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
- 58 d. əvvəl
-
1 saat əvvəl
Kapital Bankın xalis mənfəətində son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib





















