Əmanətlərdə dollarlaşma daha da azalıb
Milli valyutadakı əmanətlərin cəmi əmanətlərdə xüsusi çəkisi İyul ayında 46%-dən 47,4%-ə yüksəlib, xarici valyutadakı əmanətlərin xüsusi çəkisi isə 54%-dən 52,6%-ə düşüb.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, İyul ayının sonunda fiziki şəxslərin banklardakı cəmi əmanətləri 7 milyard 774 milyon 200 min manat təşkil edib. Əmanətlərin 3 milyard 984 milyon 900 min manatı və ya 47,4%-i milli valyutada, 4 milyard 89 milyon 300 min manatı və ya 52,6%-i xarici valyutalarda (əsasən ABŞ dollarında) yerləşdirilib. İyun ayının sonunda nisbətlər müvafiq olaraq 46% və 54% idi.
Xarici valyutadakı əmanətlərin xüsusi çəkisinin azalmasının səbəbi bu əmanətlərdə davam edən geriləmədir. Xarici valyutadakı əmanətlərdə azalma İyulda 72,1 milyon manat, cari ilin 7 ayı ərzində isə 416 milyon manat təşkil edib. Eyni zamanda, İyulda milli valyutadakı əmanətlər 67.8 milyon manat artıb, 7 ayda isə 863.7 milyon manat azalıb.
2015-ci ilin dekabr ayında xarici valyutadakı əmanətlərin cəmi əmanətlərdəki xüsusi çəkisi 85% təşkil etmişdi.
Fiziki şəxslərin əmanətlərinin strukturu, milyon manat
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
3 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 3 saat əvvəl
-
5 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
22 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 23 saat əvvəl
-
23 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























