Nazirlik: Naxçıvan Avtomobil Zavodunda fasilə yaranıb
Naxçıvan Avtomobil Zavodunda istehsalın dayandırılması ilə məlumatlar yayılıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidməti “NAZ-Lifan” avtomobillərinin istehsalının dayandırılması ilə bağlı yayılan məlumata münasibət bildirib. Qeyd edilib ki, cari ilin ötən dövründə Naxçıvan Avtomobil Zavodunun istehsal sahəsində yenidənqurma işləri aparılıb, bu səbəbdən də istehsal prosesində planlaşdırılmış fasilə yaranıb. 2017-ci ilin birinci rübündə müəssisə tərəfindən “NAZ-Lifan 820” və “Naz-Lifan 620” modellərinin satışı həyata keçirilib.
Bundan əvvəl Naxçıvan Avtomobil Zavodunun direktoru Musa Abdullayev açıqlamasında bildirmişdi ki, Çində Lifan zavodunda aparılan yenidən qurma ilə bağlı ehtiyat hissələrinin gətirilməsində müəyyən çətinliklər yaranmışdı. Bu səbəbdən istehsalda fasilə yaranmışdı.
"Əgər zavodda 2010-cu ildə 4 modeldə avtomobil istehsal olunurdusa, hazırda 15 modeldə “NAZ-Lifan” avtomobili istehsal edilir. Müəssisə tərəfindən avtomobillərin xarici ölkələrə ixracının genişləndirilməsi istiqamətində də iş aparılır", - Nazirlikdən bildirilib.
“Marja”nın xəbər verdiyi kimi, 2017-ci ilin yanvar-mart aylarında Azərbaycanda minik avtomobilləri istehsal olunmayıb. Bu, Azərbaycanda yeganə minik avtomobilləri istehsalçısı Naxçıvan Avtomobil Zavodunun istehsalını dayandırması ilə bağlı ola bilərdi – ƏTRAFLI BURADA
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
16 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
21 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 33 d. əvvəl
- 35 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















