Bazarın yeni “kralı” Mərcan-dır (R)
Abşeron ərazisindəki 34 marketdən alınmış məlumata görə, ən çox satılan toyuq əti “Mərcan”dır.
“Supermarketinq”in araşdırmasına görə, 2016-cı ilin son 6-ayı üzrə (iyun-noyabr) toyuq əti bazarında “Mərcan” brendi 19%-lik satış payı ilə liderdir. Digər yerləri 18%-lə “Səba”, 14%-lə “Şəfa”, 12%-lə “Siyəzən” və 10%-lə “Hicaz” tutub.
Məlumatlar coğrafi bölgü əsasında (semplinq) Abşeron ərazisindəki 34 marketdən alınmışdır.
Qeyd edək ki, “MƏRCAN” markalı toyuq ətinin istehsalçısı “Qarant Aqro” MMC məhsulun maya dəyərinin azaldılması və bazar payının artırılması üçün ardıcıl tədbirlər həyata keçirir.
Sonuncu dəfə, 2016-cı ilin dekabr ayında “Qarant Aqro” MMC yem istehsalı üzrə yeni zavodunu istismara verib.
Yem zavodu, toyuq ətində maya dəyərinin ardığı, istehsalçıların bazarda qalmaqda çətinlik çəkdiyi bir dövrdə “MƏRCAN” brendinin bazarda mövqeyini gücləndirəcək. Zavodun gücü saatda 10 ton məhsul təşkil edir. Avadanlıq kənd təsərrüfatı heyvanları üçün dənəvər formada olan yemləri verilmiş resept üzrə istehsal etməyə imkan verir. Məhsul xammal qəbulundan və komponentlərin reseptə əsasən çəkilməsindən mikrokomponentlərin qatılması, dənəvər hala salınması və hazır balanslaşdırılmış yemin yüklənməsinə qədər istehsalın bütün mərhələrindən keçir. Bütün avadanlığın idarə edilməsi tam avtomatlaşdırılmışdır
Yem zavodu, toyuq ətində maya dəyərinin ardığı, istehsalçıların bazarda qalmaqda çətinlik çəkdiyi bir dövrdə “MƏRCAN” brendinin bazarda mövqeyini gücləndirəcək.
İSTEHSALDA 2 DƏFƏ ARTIM HƏDƏFİ
Qeyd edək ki, “Qarant Aqro” MMC 2016-cı ildə istehsal həcmini iki dəfə artırmışdır və bu gün “MƏRCAN” brendi altında bazara gündəlik təzəməhsul tədarük edir. İstehsal həcminin artması ilə yeni iş yerləri açılır və 2017-ci ildə istehsalın iki dəfə də artırılması planlaşdırılmışdır. “Qarant Aqro” MMC Avrasiya İqtisadi İttifaqının idxal edilən kənd təsərrüfatı məhsullarına nəzarət orqanlarının yoxlamasından keçmiş yerli toyuq əti istehsalçılarındandır və bu iqtisadi birliyin ölkələrinə quşçuluq məhsullarının tədarük edilməsi üşün sertifikata malikdir.
Dövlət proqramlarının uğurlu layihələrindən biri kimi “Qarant Aqro” MMC-ni göstərmək olar ki, bu gün bu şirkət yerli bazarı “MƏRCAN” brendi altında yüksək keyfiyyətli toyuq əti ilə təmin edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
3 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)


.jpg)




