"AccessBank" növbəti dəfə "STP Quality Award" mükafatına layiq görülüb
(®️) “AccessBank” beynəlxalq ödəmələrin yüksək səviyyədə icrasına görə, növbəti dəfə nüfuzlu bank mükafatına layiq görülüb. Bank, artıq 2 il ardıcıl olaraq, "Raiffeisen Bank International AG" tərəfindən "STP Quality Award" mükafatı ilə təltif olunur.
STP (Straight-Through Processing) beynəlxalq ödənişlərin rəsmiləşdirilməsinin keyfiyyətinin əsas göstəricisidir. Bu zaman ödənişlər müvafiq standartlar qorunmaqla avtomatlaşdırılmış rejimdə həyata keçirilir. Bu da əməliyyatların sürətli baş tutmasına şərait yaradır.
"AccessBank"ın ödənişlər və hesablaşmalar üzrə meneceri Yeganə İbrahimova:”Belə nüfuzlu mükafata layiq görülməyimiz komandamızın peşəkarlıq səviyyəsinin və beynəlxalq ödənişlər sahəsinin yüksək tələblərinə cavab verməyimizin göstəricisidir. Bununla belə, müştərilərimizə daha yaxşı xidmət göstərməyimiz üçün daxili prosesləri daima təkmilləşdiririk.”
"AccessBank" müştərilərinə beynəlxalq hesablaşmalar da daxil olmaqla, kompleks maliyyə xidmətləri təklif edir. Geniş müxbir hesab şəbəkəsinin mövcudluğu bankın müştərilərinə yüksək keyfiyyətli hesablaşmalar həyata keçirmə imkan yaradır.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
















