Balans kapitalı 100 milyon manatdan çox olan 7 bank
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 7-nin bu il iyulun 1-nə balans kapitalı 100 milyon manatdan çox olub.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 milyard 456 milyon 977 min manat), "Kapital Bank" (508 milyon 550 min manat), "PAŞA Bank" (462 milyon 782 min manat), "Xalq Bank" (428 milyon 895 min manat), "Premium Bank" (185 milyon 692 min manat), "Express Bank" (121 milyon 286 min manat) və "Azərbaycan Sənaye Bankı"dır (102 milyon 191 min manat).
Qalan 19 bankdan 18-də balans kapitalı 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.
8 bankın balans kapitalı azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 8-nin bu il iyulun 1-nə balans kapitalı illik müqayisədə az olub.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı", "Express Bank", "Access Bank", "Bank of Baku", Pakistan Milli Bankının Bakı filialı, "Unibank", "Yelo Bank" və İran Milli Bankının Bakı filialıdır.
Ən çox azalma İran bankında (30,9%), ən az azalma isə "Azərbaycan Beynəlxalq Bankı"nda (0,9%) qeydə alınıb.
Qalan 18 bankın isə balans kapitalı artıb. Ən yüksək dinamika "Premium Bank"da (48,4%), ən aşağı dinamika isə "Yapı Kredi Bank Azərbaycan"da (0,8%) qeydə alınıb.
"Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
5 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























