Azərbaycan şirkəti yenidən ABŞ-a mebel ixracına başlayıb
Balaxanı Sənaye Parkının rezidenti “Foriella” MMC Amerika Birləşmiş Ştatlarına mebel ixracına davam edir.
“Foriella” MMC-nin Baş direktoru Fərman İslamlının “Marja”ya bildirdiyinə görə, pandemiya dövründə dayanmış ixrac yenidən bərpa edilib:
“Amerika Birləşmiş Ştatlarına ixracımız 2019-cu ilin İyul ayında ilk nümünə konteyneri göndərməyimiz ilə başladı. Sifarişçi keyfiyyəti təsdiqləndikdən sonra Noyabr ayında aktiv ixraca start verdik və pandemiya dövrünə kimi 10 konteyner göndərdik. Pandemiya ilə əlaqədar olaraq ixrac 6 ay dayanmışdı. Artıq 5 Sentyabrdan yenidən aktiv ixraca başlamışıq. ABŞ-da yeni bir müştəri ilə də razılaşmamız var və yeni müştərimizdən sifariş qəbul edilib. Əlavə etmək istəyirəm ki, önümüzdəki həftə Qazaxıstana da ixracımız başlayacaq”.
Xatırladaq ki, “Foriella” MMC Azərbaycanın ən böyük mebel ixracatçısıdır. Məhsulları yalnız Almaniyanın avtomatlaşdırılmış dəzgah və avadanlıqlarında istehsal edilir.
“Foriella” MMC istehsal fəaliyyətini Bakı şəhərində yerləşən Balaxanı Sənaye Parkında və Masallı Sənaye Məhəlləsindəki fabriklərində, ümumilikdə 15 000 m2 istehsal sahəsində təşkil etmişdir.
“Perla” Foriella şirkətinə aid olan və 2018-ci ildən fəaliyyətə başlayan mebel brendidir. Şirkət bu brend adı altında Azərbaycanda ev mebeli istehsalı və satışını həyata keçirməkdədir.
“Perla” brendi altında yataq, qonaq, yumşaq, uşaq mebelləri, döşək və digər mebel məhsulları istehsal edilməkdədir. Firma çox geniş çeşidli məhsul portfeli ilə Azərbaycan Respublikasından başqa öz məhsullarını Amerika Birləşmiş Ştatları, Rusiya, Gürcüstan, Qazaxstan, Tacikistan, Qırğızıstan və digər ölkələrə ixrac edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
26 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
42 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
46 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)




