Mağaza ödənişləri Hesab.az-da!
(®️) Daim funksionallığını və xidmət keyfiyyətini artırmağı hədəfləyən Hesab.az, onlayn ödəniş sahəsində mövcud olan rəqabət mühitinə davamlı olan strategiya ilə irəlləməyə davam edir. Əsas məqsədi daim istifadəçi məmnunluğu olduğu üçün Hesab.az funksional yeniliklərini və ödəniş edilən xidmət növlərini artıraraq, istifadəçilərin vahid portal üzərindən ödənişlərini rahatlıqla etməsini təmin etməyi hədəfləyir.
Hər zaman xidmət növlərini artırarkən, müştəri ehtiyaclarını və tələblərini nəzərdə tutan Hesab.az, Mağaza Kreditləri bölməsindəki ödənişlərinin sayını sürətlə artırmaqdadır. Hal hazırda “Baku Elektronics”, “Optimal Elektronika MMC”, “İrsad Elektronics” kimi xidmətlərin ödənişlərinə əlavə olaraq yaxın zamanda, çoxdan gözlənilən və tələbatlı olan “Kontakt Home” ödənişlərini də əlavə edib. Qeyd edək ki, istifadəçilər heç bir komissiya haqqı olmadan rahat şəkildə “Kontakt Home” mağazası üçün kredit ödənişini həyata keçirə biləcəklər. Hər zaman istifadəçi fikirləri, təklifləri şirkət rəhbərliyinin və Hesab.az komandasının diqqət mərkəzində olmuşdur. Hesab.az Sentyabr ayında və növbəti aylarda da, yeniliklər və faydalı kampaniyalar təqdim etməyi planlaşdırır.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
2 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























