Azercell beynəlxalq səviyyədə “İlin şirkəti” seçildi
Lider operator dünya şöhrətli “STEVIE 2020” mükafatının üçqat laureatı oldu
(®️) Yeni brend kimliyi ilə ölkənin telekommunikasiya sektorunun lideri “Azercell Telekom” MMC Azərbaycanda qazandığı uğurları dünyaya daşıyaraq və ölkəmizi beynəlxalq arenada uğurla təmsil edərək nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə şirkət arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb. Şirkət bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib. Azercell eyni zamanda “İlin ən innovativ şirkəti” və “Ən dəyərli korporativ məsuliyyətli şirkət” nominasiyaları üzrə Bürünc mükafata da layiq görülüb.
Azercell-in rəqəmsallaşma və innovativ texnologiyaların tətbiqi istiqamətində gördüyü işlər, korporativ sosial məsuliyyət sahəsində fəaliyyəti müstəqil beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən yüksək dəyərləndirilib. Münsiflər Azercell-in həm ölkədə, həm də Cənubi Qafqazda yeni nəsil texnologiyaları ilk tətbiq etməsi, ən son innovativ həlləri yerli bazara gətirməsi və eyni zamanda yüksək sosial məsuliyyətli siyasət həyata keçirməsini xüsusi vurğulayaraq, Azərbaycanın aparıcı operatorunu “regionun ən uğurlu şirkəti”, “dünya səviyyəli qurum”, “qalib brend” kimi xarakterizə ediblər.
Qeyd edək ki, müxtəlif illərdə Google, Microsoft Corporation, Türk Telecom, Vodafon Türkiyə, Etisalat, Dell Technologies, Mayersk Company, HP Inc., UNESCO ICHCAP, IBM və s. bu kimi nüfüzlu şirkətlər bu beynəlxalq müsabiqədə iştirak edib qalib seçilənlər sırasındadır.
"STEVIE” İnternational Business Awards biznesin bütün aspektlərini əhatə edən, müxtəlif sahələrdə çalışan şirkətlərin uğurunu qiymətləndirən və onları bütün dünyaya tanıdan bir mükafatdır. Bu il “STEVIE” mükafatı dekabrda Parisdə təşkil olunacaq mərasimdə qaliblərə təqdim olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





