Bank Respublika gənclər üçün “Universal mütəxəssislərin hazırlığı” proqramına start verir - VƏDLƏR, ŞƏRTLƏR
Azərbaycanda ilk dəfə(®️) “Bank Respublika” ASC istedadlı və özünə güvənən gənclər üçün “Universal mütəxəssislərin hazırlığı” proqramına start verir.
Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü gəncləri, istedadlı və motivasiyalı, universiteti yeni bitirmiş məzunları “Universal mütəxəssislərin hazırlığı” proqramına qoşulmağa dəvət edirik. Qeyd edək ki, proqrama ilkin mərhələdə yalnız Bakı şəhərində yaşayan gənclər qoşula bilər.
Universal mütəxəssis kimdir?
Universal mütəxəssis fiziki şəxslərlə bağlı bütün növ bank əməliyyatlarını apara bilən, həmçinin onların istehlak kreditlərinin bütün istiqamətləri üzrə ehtiyaclarını qarşılamaq bacarığı və biliyi olan mütəxəssisdir.
“Universal mütəxəssislərin hazırlığı” proqramına necə qoşulmaq olar?
- CV-nizi [email protected] ünvanına 25 sentyabr tarixinədək göndərmək;
- Emailın mövzu hissəsində proqramın adını “Universal mütəxəssislərin hazırlığı” qeyd etmək.
Sizə nə vəd edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək önə çıxa biləcəyiniz şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera başlanğıcı üçün zəruri hesab olunan fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Bank sektorunda karyera qurmaq təşəbbüslərinizi gerçəkləşdirmək imkanı;
- Bank Respublika ASC-nin peşəkar komandasının bir üzvü olmaq şansı.
Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?
- Ali təhsil (maliyyə, iqtisadiyyat və idarəetmə istiqamətləri üzrə təhsil arzuolunandır);
- Universiteti yeni bitirmiş məzunlara üstünlük verilir;
- Azərbaycan dili (əla), Rus dili (əla), İngilis dili (arzuolunandır);
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə və satış bacarığı;
- Gülərüzlülük, səliqəlilik və xoş görkəm;
- Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.
Öz bilik və təcrübəmizi Sizinlə bölüşmək arzusu ilə...
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
26 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 38 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb

























