Azərbaycanın avtomobil şirkəti repo zəmanətilə satışa başlayıb - ŞƏRTLƏR
Satılmış avtomobil 10-15% aşağı qiymətlər ilə geri alınır"Avtolüks Azərbaycan" şirkəti "Alfa Romeo" avtomobilləri üçün repo zəmanəti təklif etməyə başlayıb
Marja şirkətə istinadən xəbər verir ki, repo zəmanətli avtomobil, 3 il müddətində rəsmi diler tərəfindən satılmış məbləğdən birinci il üçün 15%, sonrakı illərdə hər il üçün 10% aşağı olmaqla, barter (trade-in) vasitəsilə satın alınır.
REPO zəmanətinin qüvvədə olması üçün aşağıdakı şərtlər təmin olunmaldıır:
-Avtomobilə rəsmi dilerin təqdim etdiyi Xidmət Planı üzrə müntəzəm olaraq rəsmi Texniki Xidmət mərkəzində xidmət göstərilməlidir;
-Avtomobilin 1 il ərzində yürüşü 25.000 km-dən çox olmamalıdır;
-REPO zəmanəti ilə alınmış avtomobil qəzaya uğramamalıdır;
-Avtomobilə hər hansı aksesuar və ya kənar avadanlıq yalnız rəsmi Texniki Xidmət Mərkəzində avtomobilin istehsalçı tərəfindən hazırlanmış və tövsiyyə olunan istismar qaydalarına uyğun quraşdırılmalıdır.
Yuxarıda sadalanan şərtlərdən hər hansı biri pozularsa, o zaman dəymiş zərərə uyğun məbləğ hesablanaraq satınalma qiymətindən çıxılacaqdır.
"Alfa Romeo" markasının Azərbaycanda rəsmi nümayəndəsi "Avtolüks Azərbaycan" MMC bütün Alfa Romeo modellərinin çox sərfəli endirimli qiymətlər və kredit şərtləri ilə satışını təklif edir.
Bütün avtomobillər REPO zəmanətli, 1 illik kasko sığorta hədiyyə, 1 illik yanacaq təminatı və 1 illik pulsuz yağdəyişmə şərtlərilə təklif olunur.
Ətraflı: repo.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























