“Nati” Gürcüstan və İraqda daha çox alınır
“Nati” əmtəə nişanı ilə vafli və peçenye məhsulları istehsal edən “Ləzzət Qida Sənaye” MMC-nin xarici bazarlarda qazandığı əməkdaşlıq genişlənir və onun məhsullarına olan tələbat da artır.
İstehsal olunan qida məhsullarının keyfiyyətinin dünya və Avropa standartlarına uyğunlaşdırılması və aparılan reklam və marketinq tədbirləri nəticəsində artıq 58 çeşiddə vafli və peçenye məhsulları Yəməndən Əfqanıstanadək geniş bir coğrafiyadakı ölkələrə ixrac olunur.
Şirkətdən aldığımız məlumata əsasən cari ilin ilk altı ayı ərzində Gürcüstan, Oman, İraq, Yəmən, Türkmənistan və Əfqanıstan kimi ölkələrə, ümumilikdə, 370 tona yaxın həcmdə qida məhsulları göndərilmiş və 471 min ABŞ dollarından artıq həcmdə valyuta əldə edilmişdir.
İxrac olunan məhsulların həcminə görə şirkətin xarici bazarlardakı partnyorları arasında Gürcüstan və İraq daha çox diqqəti cəlb edir. Belə ki, bəhs olunan dövrdə bu ölkələrin hər birinə 100 tondan artıq həcmdə “Ləzzət Qida Sənaye” MMC-nin məhsulları ixrac edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)




